Acgöz kimi alış-veriş etmək xəstəlik imiş -“Shopaholic” kimdir və niyə bu vəziyyətə düşüb?

Alış-verişi çox sevirsiniz? İşdə, evdə, yatanda da alış-veriş barədə düşünürsünüz? Pulunuz qurtarsa belə hardansa, kimdənsə borc alıb hamısını alış-verişə xəcləyirsiniz? O zaman tam əminliklə demək olar ki, siz "shopaholic" xəstəliyinə tutulmusunuz.
Avtosfer.Az medicina.az-a istinadən bildirir ki, "shopaholic"lik, yəni alış-veriş alüdəçiliyi əsasən stresslə bacara bilməyən insanlarda yaşanır. Borclanmalarına baxmayaraq davamlı alış-veriş edən və ya alış-veriş saytlarını hərisliklə izləyən, bir sözlə həyatlarını ancaq bu işə həsr edən insanlar bu qəribə xəstəlikdən əziyyət çəkirlər.
Psixoloqların sözlərinə görə, alış-veriş aludəçiləri özlərini yalnız "shopping" zamanı xoşbəxt hiss edirlər. Naratlığın asas səbəbi kimi isə stress, sevgi azlığı, ifadə oluna bilməyən əsəb, yalnızlıq və sıxıntı kimi hallar göstərilir.
Tələb olunandan çox alış-veriş etmək, ehtiyac olmadığı zaman geyim, ayaqqabı, mətbəx əşyası almaq hələ insanın bu narahatlıqdan əziyyət çəkməsindən xəbər vermir. Amma bu vəziyyətin xəstəliyə çevrilməsi üçün həyəcan siqnalı olduğunu demək olar. Çünki sadalanan bu hallar get-gedə insan psixologiyasında dərin iz buraxaraq onun alış-veriş aludəçisi olmasına təkan verə bilər.
Bu naratlığa düçar olan insanlar hər hansı bir məhsulu ala bilmədikdə dava-dalaş salır, satın aldığı zaman isə mənən rahatlıq tapırlar. Bu şəxslər sadəcə əldə etdikləri məhsulların sayı ilə xoşbəxt olnmurlar, eyni zamanda onlar bu hərəkətlərin ilə sahib ola bilmədikləri güc, gözəllik, bəyənilmə, sevilmə kimi hisslərini kompensasiya edirlər. Məhz bu səbəbdən də alış-veriş etmə istəyi, xoşladığı əşyaları pulla əldə etmək arzusu onları şüuraltı olaraq xoşbəxt edir.
Alış-veriş aludəçiliyi müalicə oluna bilinən bir narahatlıqdır. Müalicə metodunu seçərkən narahatlığın səviyyəsi müəyyən olunmalıdır. Müalicə üçün psixoterapiya üsulu seçilməlidir. Bu zaman insan özünü alış-verişə yönəldən mənfi düşüncələrdən azad etməli, idman və hobbi ilə məşğul olmalıdır. Bu cür narahatlığı olan insanlar təkbaşına deyil, mütəxəssisin və ətrafındakı yaxın insanların köməyilə bu vəziyyətdən can qurtara bilərlər. "Shopaholic"lərə gündəlik ehtiyacı olan sevgi, qayğı, diqqət kimi hissləri çatdırmaq, bu insanların əhəmiyyətli biri olduğunu onlara təlqin etmək ən yaxşı xilas yolu ola bilər.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












