Alimlər canlının yaddaşını silə biliblər

Tokio Universitetinin alimləri yaddaşı silməyin yolunu tapıblar. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, araşdırmaçılar təcrübəni meyvə milçəyi (Drosophila) üzərində aparıb və nəticə əldə etmək üçün onu uzun müddət qaranlıqda saxlayıblar. Belə ki, uzun müddət cütləşməyən erkək meyvə milçəyi travma alır və bu da onun yaddaşında xatirə kimi qalır. Nəticədə zamanla dişiləri izləməkdən vaz keçir. Ancaq alimlər erkək milçəyi ən az iki gün tam qaranlıqda saxlayıblar. Bu zaman onun xatirələri silinib və özünü keçmişdəki kimi aparıb.
Beləliklə, işığın yaddaşın saxlanılmasında çox vacib rol oynadığı ilk dəfə təsdiqlənib. Bioloqlar bu effektə cavabdeh olan molekulyar prosesi aydınlaşdıra biliblər. Proses yaddaş və öyrənməyə cavabdeh olan zülalla bağlıdır.
Araşdırmaçıların fikrincə, onların kəşfi gələcəkdə insanların travmatik xatirələrdən qurtulmasına yol açan müalicənin metodik əsası ola bilər. Bunu yalnızca dərman deyil, həm də kənar faktorların vasitəsilə etmək mümkün olacaq.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












