Alimlər xərçənglə bağlı inanılmaz nəticəyə gəldi: aktiv cinsi həyat...

Harvard Universitetinin alimləri cinsi həyat və prostat xərçəngi arasındakı bağlılığa dair araşdırma aparıblar.
Avtosfer.Az publika.az-a istinadən xəbər verir ki, urologiya mütəxəssisi Can Öbek Harvard Universitetinin araşdırmasına diqqət çəkərək aktiv cinsi həyatın kişilərdə prostat xərçənginin inkişafının yavaşlatdığını bildirib.
Prostat vəzi kişi cinsiyyət üzvlərindən biridir, qarın boşluğunda sidik kisəsınin altında yerləşir və içindən sidik kanalının bir hissəsi keçir. Əsas vəzifəsi prostat şirəsi hasil etməkdir ki, bununla o kişilərin cinsi fəaliyyəti və nəsilartırmasında müstəsna rol oynayır.
Qeyd edək ki, prostat xərçəngi Qərb ölkələrində kişilərdə ən çox qeydə alınan xərçəng növüdür. Bəzi ölkələrdə hər 6 kişidən 1-i həyatı boyu prostat xərçəngi ilə tanış olur. Hazırda dünyada 4 milyon insana bu xəstəliyin diaqnozu qoyulub.
Prostat xərçənginin səbəbi açıq şəkildə müəyyən edilməmişdir. Bununla belə, coğrafi bölgə və həyat tərzi ilə prostat xərçəngi arasında bağlılığın olduğu bildirilir. Cinsi fəaliyyət və prostat xərçəngi arasında bir bağlılığın olub-olmadığı da uzun illər elm dünyasını məşğul edən bir mövzudur.
Bəzi tədqiqatlar göstərir ki, aktiv cinsi həyat prostat xərçəngi ehtimalını artırır. Amma bəzi tədqiqatlar bunun əksini göstərir. Lakin, yeni elmi bioloji məlumatların əldə edilməsindən sonra aktiv cinsi həyatının prostat xərçənginə qarşı qoruyucu ola biləcəyi fikri ağırlıq qazanmağa başlayıb.
Harvard Universitetindən bir qrup tədqiqatçı 2016-cı ildə təxminən 32 min kişi üzərində apardıqları tədqiqatın nəticələrini açıqlayıblar. Nəticələrə görə, gənc (20-29) və orta (40-49) yaş dövrlərində daha aktiv cinsi həyatı olan kişilərdə gələcək həyatlarında prostat xərçənginin inkişafı ləngiyir.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












