Ananın südü qurtardı, körpəni stüardessa əmizdirdi - VİDEO

Filippində maraqlı hadisə qeydə alınıb. Avtosfer.az ölkə.az-a istinadən xəbər verir ki, daxili reyslərdən birinin səfəri zamanı təyyarədə yeməyi bitdiyi üçün ağlayan 1 aylıq körpəni stüardessa əmizdirib. 9 ay əvvəl ana olan 24 yaşlı stüardessa bu fotonu sosial şəbəkədə paylaşıb. 24 yaşlı stüardessa Patrişa Orqano sərnişinin körpəsini əmizdirmə fotosunu "Facebook" səhifəsində paylaşıb. Orqano bildirib ki, səfər zamanı körpəsi ağlayan anaya yaxınlaşaraq yardım təklif edib. Anası 9 saat hava limanında olduqları üçün körpənin yeməyinin bitdiyini bildirib. Təyyarədə isə uşaq yeməyi olmadığı üçün stüardessa körpəni əmizdirməyi təklif edib. Ana bu təklifi qəbul edib. Jade adlı bir qızı olan Orqano "Yad bir adamın körpəsini əmizdirdim" başlığı altında yazdığı mesajda bunları qeyd edib: "Körpə çox acımışdı. Onu əmizdirəndə anasının gözlərində xoşbəxtlik gördüm. Körpə yuxuya gedənə qədər ona süd verdim".
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












