Antarktidada buz altında radiasiya mənbəyi tapıldı - Yadplanetlilər, yoxsa?..

"PolarGAP" beynəlxalq layihəsinin tədqiqatçıları təyyarə ilə Antarktida üzərindən uçublar. Avtosfer.az "ölkə.az"-a istinadən bildirir ki, təyyarədəki radio lokator buzun 3 km altına qədər məsafəni axtarıb. Məlum olub ki, lokator şərq hissədəki dərinlikdə anomal isti qeydə alıb. Ehtimal edilir ki, naməlum güclü istilik mənbəyi buzu aşağıdan əridir və bu zaman güclü radioaktiv şüalanma baş verir. Tədqiqatçıların fikrinə görə, buzun altındakı bu yerdə radioaktivlik var. Bu aktivlik 3 km dərinlikdə şirin və isti suyu olan göl yaradıb. Göl buzun əriməsindən meydana çıxıb. Dəqiq radiasiya mənbəyi alimlərə məlum deyil və hazırda bu tapmacanın çözülməsi üzərində iş gedir. Hazırda radioaktiv mənbə ətrafdakı buz qatlarına zəif təsir edir. Amma alimlər düşünürlər ki, gələcəkdə isti su buzların tez əriməsinə səbəb olacaq. Bu proses yüz min illər və ya milyon il davam edə bilər. Amma gələcəkdə iqlimin istiləşməsi daha başqa nəticələrə səbəb ola bilər. Müəmmalı radioaktiv mənbə sahil xəttindən 750 km aralıda yerləşir. Onun dəqiq koordinatları bildirilmir. Qeyd edək ki, sözügedən kəşf Antarktidada bir ilkdir.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












