Arabadan yaxta düzəltdi- VİDEO

Avtosfer.az atv.az-a istinadən xəbər verir ki, dənizdə səyahətə çıxamaq üçün özəl yaxta almağa pulunuz olmasa da olar, əsas odur ki, məqsədiniz və köhnə bir qoşqu arabanız olsun.
Böyük Britaniyada yaşlı bir təqaüdçü nəaliyyat vasitələrinə qoşulan yük arabasından qeyri-adi yaxta hazırlayıb. Doğrudur bu yaxta ilə dənizlərdə sürət yarışına qatılmaq olmaz, amma Peter Sörstonun qəribə yaxtasında doyunca dincəlmək olar.
Peter Sörstonun 80 yaşı var. İş karyerasını çoxdan başa vuran bu britaniyalı üçün indi geriyə həyatının sonunadək istirahət etmək qalıb. Bunun üçün tənbəllik etməyən Peter, səyahət arabasından düzəltdiyi qayığının içini də ev əşyaları ilə bəzəyib. Bu yaxtada yataq dəsti, stol-stul dəsti ilə yanaşı, hamam və tualet də var. Yaxtanın mühərrriki bu qeyri-adi nəqliyyat vasitəsini dənizin uzaq nöqtələrinə aparmağa qadirdir. Peter deyir ki, təmiz havada dənizin həzin uğultusundan gözəl heç nə ola bilməz.
Baxmayaraq, fırtınalı günlərdə dənizə çıxmağa qorxur, amma Peter deyir ki, onun yaxtası güclü küləklərə və dalğalara da davam gətirə bilər. Şəhər sakinləri DƏ bu yaxtaya heyran qalıb. Peter deyir ki, xeyli sayda insan bu yaxtada dəniz səyahətinə çıxmaq üçün ona müraciət edib.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












