Arılar maşını şan-şan etdi - VİDEO

Avtosfer.az atv.az-a istinadən xəbər verir ki, Polşanın Jeçinek şəhərində baş verən qəribə olay ölkədə rezonans yaradıb. Yolda kifayət qədər çox avtomobil olsa da, yalnız bir maşın arıların hücumuna məruz qalıb. Minlərlə arı qısa zamanda avtomobilin ön hissəsini arı şanı kimi bürüyüb.
Yaşayış məskənində bu qədər arının hardan peyda olduğu, həmin arıların niyə məhz bu avtomobilə tamah saldığı hamıya qaranlıq qalıb. Avtomobili arılardan təmizləmək üçün əraziyə yansğınsöndürmə dəstəsi cəlb olunub. Həşəratları qutulara yığan yanğınsöndürənlər onları şəhərdən uzaqlaşdıraraq sakinləri də arıların sürpriz hücumundan sığortalayıb.
Arıların hücumuna məruz qalan avtomobilin yerli təhlükəsizlik xidməti şirkətlərindən birinə məxsus olduğu açıqlanıb. O ki qaldı bu qəribə hadisənin səbəbinə, yerli mediyanın məlumatına görə böyük ehtimalla hadisəyə məhz ana arı səbəb olub. Yuvanın yerini səhv salan ana arı uçaraq bir avtomobilə qonub, qalan minlərlə işçi arı isə hər zaman olduğu kimi ana arını izləyib.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












