Astrofiziklər kainatın 13,8 milyard yaşı olduğunu təsdiq edib

strofiziklərdən ibarət beynəlxalq qrup kainatın yaşını yenidən hesablayaraq 13,8 milyard il olduğunu təsdiqləyib. Çilinin Atakama səhrasındakı dünyanın ən böyük teleskopu (ACT) vasitəsilə əldə edilmiş məlumatlar “Plank” kosmik rəsədxanasının standart modeli və hesablamaları ilə üst-üstə düşüb.
Qeyd edək ki, kainatın yaşı astrofiziklərin vahid fikrə sahib olmadıqları bir araşdırma mövzusudur. Lakin keçən il alimlər qalaktikaların hərəkətlərinə əsasən onun yaşının 2,3 milyard ildən aşağı olduğunu bildiriblər. Bu cür fərq yeni hesablama modelinin yaradılmasına və ya hesablamalarda səhvin olmasına işarə edirdi. “ACT”ın komandası ilk işığı tədqiq edərək kainatın yaşını təyin edib. Komandanın hesablaması “Plank” rəsədxanasının müşahidə nəticələri ilə eyni olub.
Beləliklə kainatın təqribi olaraq 13,77 milyard yaşı var. Əldə edilmiş məlumatlar həmçinin kainatın genişlənmə sürətini də anlamağa kömək edib. Qeyd edək ki, kainatın genişlənmə sürəti “Habbl sabiti” ilə ölçülüb. Məlumata əsasən 3,26 milyon işıq ili məsafəsində yerləşən obyekt bizdən saniyədə 67,6 kilometr sürətlə uzaqlaşır. (AZƏRTAC )
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












