Astronomiya tarixində ilk

Gələn həftə astronomiya elmi tarixində qara dəliyin işıq selini udmasının ilk fotoşəkili göstəriləcək. Bununla bağlı ABŞ-ın Milli Elm Fondunun Vaşinqtonda mətbuat konfransı keçiriləcək. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, mətbuat konfransında 2012-ci ildən bəri kosmosda müşahidələr aparan "Event Horizon” teleskopunun (EHT) qeydə aldığı sensasiyalı fotoşəkil təqdim olunacaq və astronomların müvafiq məruzələri dinləniləcək. Analoji mətbuat konfranslarının Brüssel, Santyaqo, Şanxay, Tokio şəhərlərində də təşkil olunacağı nəzərdə tutulur. Amerikan alimləri qeyd edirlər ki, kainatın ən maraqlı hadisəsi olan qara dəlik üfüqü kosmosda olan bütün cisimlərin – ulduzların, planetlərin, qaz, toz, elektromaqnit dalğalarının, o cümlədən işığın yaranma və yoxolma mənbəyidir. Hələlik astronomlar bununla bağlı məruzələrin son detallarını dəqiqləşdirirlər.
Harvard və Smitsonian Astrofizika Mərkəzində yerləşən "Event Horizon” teleskopunun direktoru Şeperd Doleman martda Texasda keçirilən tədbirdə bildirib ki, bu fotoşəkil teleskopun uzunmüddətli müşahidələri sayəsində əldə edilib və onun rəhbərlik etdiyi qurum dünyanın 200 astrofiziki ilə əməkdaşlıq edib. Arizona Universitetinin astrofiziki Dimitrios Psaltis bildirib ki, çərşənbə günü keçiriləcək mətbuat konfransında bütün proseslər Albert Eynşteynin ümumi nisbilik nəzəriyyəsi əsasında izah ediləcək. Bu nəzəriyyə 1916-ci ildə irəli sürülüb və cazibə qüvvələrinin fəaliyyət göstərdiyi dördölçülü məkan-zamanın qeyri-Evklid həndəsəsinin nisbətlərinə tabe olmasını əsaslandırır.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












