Avtobusun üstündə velosiped sürdülər – VİDEO

Çilidə təşkil olunan ənənəvi dağ velosipedi yarışı yenə həyəcanlı anlarla yadda qalıb. Dünyanın dörd bir yanından Valparaiso şəhərinə toplaşan ən təcrübəli velosipedçilər bir-birindən çətin maneələrlə dolu yürüşdə zamana qarşı mübarizə aparıb. Avtosfer.az atv.az-a istinadən xəbər verir ki, dünya çempionatında qalib gəlmək üçün 1.7 kilometrlik məsafəni hamıdan əvvəl qət etmək lazımdır. Məsafə az olsa da, yola düzülən maneələr yarışı kifayət qədər qəlizləşdirir. Təsadüfi deyil ki, idmançılar gah avtobusun üzərində, gah da pilləkənlərlə velosiped sürməli olub. Nəfəskəsən yarışı Slovakiyadan olan Filip Polk öndə tamamlayıb. Bu idmançı 1.7 km-lik məsafəni 2 dəqiqə 28 saniyəyə qət edib. Olduqca çətin yarışda Kolumbiyalı Marselo Qutierres slovakiyalı çempiondan cəmi 1 saniyə geri qalıb. Çexiyalı Tomas Slavik isə 2 dəqiqə 31 saniyəlik göstərici ilə 3-cü yeri tutub. Qeyd edək ki, hündürlükdən aşağı düşmək şərti ilə, dar küçələrdə keçirilən yarış öz kəskin döngələri ilə də diqqət çəkir. İdmançıların xəsarət alma ehtimalının yüksək olduğu çempionatda iştirak etmək üçün yüksək peşəkarlıq tələb olunur. Bu səbəbdən yarışa təcrübəsiz idmançılar buraxılmır.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












