Avtobusunu “Instagram” səhifəsinə çevirdi - VİDEO

Türkiyənin İstanbul şəhərində avtobusunu özünün “Instagram” səhifəsinə çevirən sürücü hər kəsin diqqətini cəlb edib. 10 ildir ki, meqapolisin Zeytinburnu-Bakırköy marşrutu xəttində işləyən sürücü Məhmət Şirin Çiçək bu fəaliyyəti ilə ictimai düşüncələrdə fərqliliklər yaratmaq istədiyini deyib.
Bu barədə TRT xəbər yayıb.
Avtobusun üzərində qadına qarşı şiddətin, uşaq təcavüzünün qınanmasından tutmuş, heyvan haqlarının müdafiəsinə kimi müxtəlif mövzulara toxunan şəkillər və şüarlar sərnişinlərdə böyük maraq yaradıb.
Məhmət Şirin Çiçəyin özü “Xeyirxahlıq avtobusu” adını verdiyi nəqliyyatı ilə ictimai mesaj vermək istədiyini bildirib.
İnsanlıqdan əlavə bir ata olduğunu vurğulayan sürücü uşaqlara qarşı şiddəti və təcavüzlərin bu fərqli layihəsində əsas rol oynadığını vurğulayıb.
“Bu dünyada bir uşaq ancaq oynayanda yerə yıxıldığı üçün ağlamalıdır”, - deyə o, bildirib.
“Xeyirxahlıq avtobusu”nun sürücüsü, həmçinin, maaşının bir hissəsini və avtobusda satdığı sulardan gələn gəliri küçə heyvanları üçün xərcləyir. O, aldığı heyvan yemlərini kiçik qutularda sərnişinlərə verərək, onlardan rastlarına çıxan küçə heyvanlarını bəsləmələrini xahiş edir.
O, bu xahişinin heç bir zaman rədd edilmədiyini vurğulayaraq, qutuladığı yemlərin sərnişinlər sayəsində İstanbulun dörd bir tərəfinə paylaşıldığını bildirir.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












