Avtomobil oğruları elə qaçdı ki... – VİDEO

Avtomobil oğruları polislərə çətin anlar yaşatdı. Hollivud filmlərini xatırladan bu görüntülər Avstraliyanın Yeni Cənubi Uels ştatında lentə alınıb. Vətəndaşlardan birinə məxsus avtomobili oğurlayaraq aradan çıxmağa çalışan 2 şübhəli, bunun üçün dəridən qabıqdan çıxsalar da, sonda polislərə boyun əyməli olub. Avtosfer.az atvxəbər-ə istinadən xəbər verir ki, avtomobillə dolu küçələrdə saatda 170 km sürətlə hərəkət edən oğrular onları izləyən polislərin diqqətini yayındıra bilib. Bununla belə, baş verənləri yuxarıdan izləyən polis helikopteri cinayətkarların gözdən itməsinə imkan verməyib. Yüksək sürətlə polisdən qaçmağa çalışan oğrular dramatik qaçdı-qovduya səbəb olub, 1 saata yaxın davam edən qarşıdurmada oğrular nə az, nə çox 150 km qaça bilib. Yeni Cənubi Uels ştatının ərazisini də tərk edən şəxsləri öncədən verilən xəbərdarlıq əsasında qurulan polis barikadası sayəsində yaxalamaq mümkün olub. Şübhəlilər tapança ilə asayiş keşikçilərini özlərindən uzaq tutmağa çalışsalar da, çox keçmədən onların güllələri də qurtarıb. Yeri gəlmişkən, bu saatlarda şübhəlilər hakim qarşısına çıxarılacaq. Onların azadlıqdan məhrum ediləcəyi gözlənilir.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












