Avtomobil oğruları nə qədər qazanırlar? - Mafiya milyonlara əl qoyur

Avtomobil oğurluğu istənilən ölkədə baş verə biləcək hadisədir. Lakin oğurluğun son məqsədi pul qazanmaq olsa da, motivləri fərqlidir.
Avtosfer.az xəbər verir ki, belçikalı jurnalistlər ölkədəki avtomobil oğurluğu problemini araşdırıblar. Məlum olub ki, koronavirus pandemiyasından sonra oğurluq halları artıb.
Jurnalistlər avtomobillərin oğurluqdan sonrakı taleyini də araşdırıblar və ortaya maraqlı faktlar çıxıb. Məlum olub ki, lüks avtomobillər oğurlandıqdan sonra bir müddət narkotik satışı üçün istifadə edilir. Ardınca başqa ölkəyə satılır. Lüks maşınların əsas satış yeri Yaxın Şərqdir.
Oğurluq standart avtomobillərin başlıca təyinat nöqtəsi Afrika ölkələridir ki, burada idxal avtomobillərin sənədləri çox da ciddi yoxlanmır. Hansısa uyğunsuzluq aşkar edildikdə məsələni “yaşıl valyuta” ilə yoluna qoymaq mümkündür.
Ehtiyat hissələri üçün oğurlanan avtomobillər isə əsasən Avropanın keçmiş sosialist ölkələrinə yola salınır.
Qazanca gəlincə: Avropada bir oğrunun hər avtomobildən qazancı 150-5000 avro arası dəyişir.
Vüqar
Çin avtomobili sərhədi keçən kimi özünü blokladı – Maraqlı HADİSƏ
Avtomatik ötürücülü avtomobillərdə "B" rejimi nə işə yarayır? – ARAŞDIRMA
Ronaldonun 30 milyonluq “oyuncaq”ları... - FOTOLAR
Dünyada ən qısa tramvay xətti
İdmançı Baltik dənizini üzərək keçdi - REKORD
Muzey və teatr insan ömrünü uzadır - TƏDQİQAT - FOTOLAR
Avtomobilin rəngi yanacaq sərfiyyatına təsir edir? – ARAŞDIRMA
Ceki Çanın Bakıda ilk görüntüləri - VİDEO
Kondisionersiz tramvay narazılıq doğurdu - FOTO
Gürcüstanda Avropa pasportu 1000 dollardır?
Bakıda təcili yardım sürücüsünün çətin anları belə GÖRÜNTÜLƏNDİ - VİDEO










