Avtomobildən qayıq düzəldən insan - VİDEO

Avtosfer.az atv.az-a istinadən xəbər verir ki, Hollandiyanın Haaqa şəhərində bundan sonra standartlara cavab verən avtomobillər yollarda, cavab verməyən maşınlar isə çaylarda hərəkət edəcək. Bu şəhərdə yaşayan Lambert Kamps adlı bir gənc öz qeyri-adi layihəsi ilə gündəm yaradıb. Bacarıqlı gənc avtomobillərdən qayıq düzəltməklə, çay və kanallarda nəqliyyatın hərəkətini gücləndirmək niyyətindədir. Lambert Kamps avtomobildən qayıq hazırlamaq üçün o qədər də xərcə düşmür. Çünki, bu qayıqlar məhz istifadəyə yararsız avtomobillərdən hazırlanır. Bir vaxtlar insanların küçələrdə mindiyi taksilərin indi "tərsinə" vəziyyətdə suda üzdüyünü görmək isə hər bir insana maraqlı gələr bilər. Bunu Lambert Kampsın layihəsini bəyənənlərin sayı da göstərir. Avtomobildən qayıq hazırlama layihəsi ekoloji baxımdan da təmizdir. Çünki, istehsalçı, bu qayığı suya buraxmazdan əvvəl, avtomobilin mühərrikini çıxardır, maşındakı bütün kimyəvi yağlar təmizlənir. O ki qaldı arxası üstdə suya buraxılan avtomobilin qayıq kimi təhlükəsizliyinə, Lambert Kamps buna da zəmanət verir. Lambertin sözlərinə görə bir avtomobildən qayıq düzəltmək cəmi 10 gün vaxt aparır. Onun hazırladığı ilk avtomobil-qayıq aprelin 11-də rəsmi şəkildə ictimaiyyətə təqdim olunacaq.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












