Avtomobillərin olmadığı kurort şəhəri

Almaniyanın Şimal dənizi akvatoriyasında bu ölkənin tərkibinə daxil olan 6 adadan biri də Yust adasıdır. Onu bəzən Friz adası da adlandırırlar. Yust “Aşağı Saksoniya dayaz dəniz sahəsi” milli parkının ərazisində yerləşir.
Avtosfer.az xəbər verir ki, Azərtac-a bu kiçik arayışında almanların və əcnəbi turistlərin sevimli istirahət məkanlarından biri olan bu ada haqqında məlumat verilir. Məsələ orasındadır ki, bu adada avtomobillər olmadığından sakitliyi sevən turistlər burada əsl cənnətə düşürlər. Maraqlıdır ki, hətta at faytonları belə adada piyadaların sürətinə uyğun hərəkət etməlidir. Hər il Yust adasında 130 mindən çox turist təxminən iki həftə müddətində istirahət edir.
Adanın maksimum eni 1 kilometrdir. Bu unikal landşaft Şimal dənizinin digər kiçik adaları ilə birlikdə UNESKO-nun təbiət abidələrinin Dünya İrsi siyahısına daxil edilib.
Bu regionun digər dəniz kurortlarında da avtomobil nəqliyyatının hərəkəti qadağan edilib və ya məhdudlaşdırılıb. Onların arasında Baltrum, Gelqoland, Langeoq, Şpikeroq və Vangeroq adaları var.
Bir sözlə, əgər siz gərgin əmək fəaliyyətindən sonra Almaniyanın rahat guşəsinə çəkilərək dincəlmək istəyirsinizsə, onda Yust adası sizin üçün ideal istirahət məkanıdır.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












