Ayaqyoluna gedən pilot geri döndü - amma kabinəsinə girə bilmədi – VİDEO

Avtosfer.az atvxəbər.az-a istinadən xəbər verir ki, təyyarəçi pilot kabinəsinə daxil ola bilmədi, sərnişinlər qorxu dolu anlar yaşadı. ABŞ-da Mineapolisdən Las Veqasa uçan təyyarədə baş verən qəribə olay uçuşun yarıda kəsilməsinə səbəb olub. Pilotun müvəqqəti sükanı tərk etməsindən sonra, geri dönə bilməməsi sərnişinləri təşvişə salıb. Təbii ehtiyacını qarşılamaq üçün kabinəni tərk edən pilot, qayıdanda qapı zədələndiyindən yeniədn kabinəyə girə bilməyib və o bu barədə sərnişinlərə məlumat verib. Sükanın başsız qaldığını düşünən sərnişinlər qəzaya uğrayacaqlarından qorxaraq hay-küy qoparıb. Xoşbəxtlikdən köməkçi pilot sükana nəzarət edirmiş, bununla belə, o təyyarəni yaxınlıqdakı hava limanına endirməyə qərar verib.
168 sərnişin daşıyan Delta hava yolları şirkətinə məxsus təyyarə hava limanına endikdən sonra, qapıda yaranan texniki nasazlıq aradan qaldırılıb. Bundan sonra uçuşu yenidən bərpa etmək mümkün olub. Pilotun qeyri-adi vəziyyəti sərnişinlərə başa saldığı vaxt, içəridəkilərdən biri mobil telefonu ilə baş verənləri lentə alıb.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












