Ayı sükan arxasına keçdi - VİDEO

Sükan arxasına keçən ayı, avtomobili tanınmaz hala saldı. Avtosfer.az atv.az-a istinadən xəbər verir ki, qəribə olay ABŞ-ın Kolorado ştatında baş verib. Ştat sakini Deyv Masters həyat yoldaşının həyətdə saxladığı avtomobildən siqnal verildiyini eşidən kimi, maşının yanına qaçıb. Amma nə baş verdiyini anlayan kimi, gəldiyi sürətlə maşından uzaqlaşmağa çalışıb.
Avtomobilə daxil olan yırtıcı müntəzəm siqnal verməklə hər kəsi yuxudan oyadıb. Amma siqnalın səsindən qorxan əyripəncə dərhal maşından qaçmağa çalışıb. Avtomobildən çıxa bilmədikdə isə yırtıcı daha da qəzəblənib. Pəncələri ilə maşını parçalamağa çalışan ayıdan geriyə bu görüntülər qalıb.
Gecənin qaranlığında içində ayı olan avtomobilə heç kəs yaxınlaşmağa cürət etməyib. Bir müddət sonra maşından çıxmağa nail olan ayı, sürətlə ərazini tərk edib. Deyv Masters və xanımı avtomobilə yaxınlaşanda isə gördükləri mənzərə qarşısında şoka düşüblər. Maşının ön hissəsini yararsız hala salan ayı, Masters ailəsini əməlli-başlı xərcə salıb. Ustalar ayı hücumuna məruz qalan maşınının artıq bir işə yaramayacağını bildirib.
Amma Deyv Masters avtomobilin yarasız hala düşməsindən o qədər də narahat deyil. Məsələ burasındadır ki, ayı yaşayış məskənindən uzaqlaşmayıb. Sakinlər əyripəncənin evlərə daxil ola biləcəyini, insanlara hücum edəcəyini əsas gətirərək əlaqədar qurumlardan ayının zərərsizləşdirilməsini tələb edirlər.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












