Azərbaycanda sürücüsüz idarə edilə bilən mikroavtobus hazırlanıb - VİDEO

Bakıda keçirilən sərgidə maraqlı nəqliyyat vasitəsi nümayiş edilib.
Mikroavtobus həm sürücü ilə, həm də sürücüsüz idarə edilə bilir.
Yerli istehsal olan bu universal nəqliyyat vasitəsi "Bakutel 2019" Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgisində nümayiş etdirilir.
"VİP taksi" adlandırılan mikroavtobus süni zəka, robot və nəqliyyat vasitəsinin imkanlarını özündə birləşdirir. Nəqliyyat vasitəsi müasir radar, lidar və digər sistemlərlə təchiz edilib. Bunların sayəsində də avtopilot rejimində sürücüsüz hərəkət edə bilir.
Nəqliyyat vasitəsi sürücüsüz hərəkət zamanı yol nişanlarının tələblərinə də əməl edir.
Bu nəqliyyat vasitəsinin daha bir üstünlüyü isə avtomobil yolu ilə yanaşı, dəmir yolunda da hərəkət edə bilməsidir. Dəmir yolunda da avtopilot rejimindən istifadə etmək mümkündür.
Mikroavtobusun bəzi ehtiyat hissələri Avropa və Şərqi Asiya ölkələrindən gətirilib. Nəqliyyat vasitəsinin sınaqları uğurlu olub və yaxın vaxtlarda bazara çıxarılacağı gözlənilir.
Xezerxeber.az-ın mövzu ilə bağlı hazırladığı daha ətraflı videomaterialı təqdim edirik:
Ukraynanın hava hücumuna görə 5 ölkədə taksi xidməti iflic oldu
Yanacağa qənaət etmək üçün avtomobili hansı sürətlə idarə etməliyik? – ARAŞDIRMA
Rusiyada yanacaq satışı ilə bağlı məlumatlar məxfiləşdirildi
Rusiyada bizim xeyrimizə olan PROSES
İlk svetofor işə salınanda hələ avtomobil yox idi - FOTOLAR
XX əsrdə Bakının cənub girişində Stalinin heykəli və “Zəfər tağları” niyə ucaldılmışdı? - TARİX
Dərnəgül yolunda maşını saxlayıb armud satdı - VİDEO
Bu avtomobilə yeni funksiya gəldi: Bunu etsəniz söyüş söyəcək
“Hacı pivəsi”nin orqanizmə görünməyən zərəri
Dünyanın ən böyük biznes sinif salonu bu təyyarədədir - FOTO
Güzgünün altındakı bu detalın əsl funksiyası nədir? – ARAŞDIRMA












