Azərbaycanlı alim koronavirusun dərmanını tapdı - VİDEO

Türkiyədə yaşayan azərbaycanlı alim COVID-19-a qarşı peyvənd hazırlayıb.
Baku TV xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Türkiyənin Akdeniz Universitetinin professoru Tərlan Məmmədov yeni ixtirasını təqdim edib. Alimin rəhbərliyi ilə COVID-19-a qarşı yaşıl bitkilərdən hazırlanan iki peyvənd tədqiqatı heyvanlar üzərində uğurlu nəticələr verib və insanlar üzərində sınaqdan keçirilməyə hazırdır.
Tərlan Məmmədov təxminən 4 ay əvvəl 20 nəfərlik qrupu ilə COVID-19-a qarşı peyvənd işlərinə başlayıb.
"İstehsal etdiyimiz vaksin nümunələrinin bütün mutasiyalara qarşı təhlükəsiz və effektiv olacağına inanırıq. Artıq COVID-19 peyvənd nümunələrini insanlar üzərində sınaqdan keçirə bilərik. İstehsal və saflaşdırma effektivliyi anticisimlərin ticarəti üçün kifayət qədər yüksəkdir,” - deyə alim bildirib.
T.Məmmədov araşdırmanı Türkiyə Peyvənd Elmi Komitəsinə hesabat şəklində təqdim etdiklərini və yaxın zamanda Səhiyyə Nazirliyinə göndərəcəklərini əlavə edib.
Alimin yeni ixtirası insan qanının laxtalanma xüsusiyyətinin pozulması ilə xarakterizə olunan Hemofiliya B irsi xəstəliyinin müalicəsi üçün böyük əhəmiyyət kəsb edir. Onun bu və digər mühüm ixtiraları yeni beynəlxalq patent kimi öz təsdiqini tapıb. Yeni innovasiya məhsullarının Azərbaycanda da sınağının keçirilməsi, eləcə də tətbiqi nəzərdə tutulur.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












