Azərbaycanlı bloqerdən maraqlı addım: Cütlüyə “Lamborghini”sini sürməyə verdi - VİDEO

Rusiyada bloqerlik fəaliyyəti ilə məşğul olan, əslən azərbaycanlı iş adamı Hüseyn Həsənov maraqlı addımı ilə gündəmə damğasını vurub. Avtosfer.az oxu.oz-a istinadən xəbər verir ki, səs-küylü, rəngarəng həyatı və çəkdiyi ağlasığmaz videoları ilə izləyicilərini mat qoyan H.Həsənov lüks “Lamborghini”sini onunla bərabər yolda gedən cütlüyə sürməyə verib.
Belə ki, məşhur bloqer onunla eyni yolda gedən sevgili cütlüklə salamlaşıb, irəlidə avtomobillərini saxlamağı xahiş edib.
Vlad adlı oğlanla söhbət etdikdən sonra H.Həsənov ikilinin onun “Lamborghini”sinə əyləşib, sürməsinə icazə verib.
Gördüklərindən təəccübünü gizlədə bilməyən cütlük bloqerin qəribə istəyini həyata keçiriblər. Onların sadə avtomobillərini isə H.Həsənov sürüb.
Qeyd edək ki, H.Həsənov Rusiyada anadan olub, əslən azərbaycanlıdır. Bloqerlik fəaliyyəti ilə məşğul olan H.Həsənov hazırda sahib olduqlarına görə, elə özünə borcludur. O, Rusiyada ən populyar bloqerlərdən biridir.
İş adamının 13 milyondan çox “Instagram” izləyicisi var. Sosial şəbəkədə böyük auditoriyaya sahib olan H.Həsənov müxtəlif oyunlar keçirməklə sosial media hesablarını inkişaf etdirir. O, restoran biznesi ilə də məşğul olur və şəxsi geyim markası var. Bakıya tez-tez gələn H.Həsənov burada da gənclərin diqqət mərkəzində olan məşhurlardan biridir.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












