Azərbaycanlı rejissorların filmi Amerikada qalib oldu - FOTO - VİDEO

Azərbaycanlı rejissorlar Elçin Ağazadə və Elmar Bayramovun "Uğur böcəyi" adlı sosial filmi Amerikanın Florida ştatında 15 dəqiqəlik qısa sosial filmlər arasında "Ən Yaxşı Sosial Film" nominasiyası üzrə qalib elan olunub.
Bu barədə rejissor Avtosfer.az-a Elçin Ağazadə özü məlumat verib. Bildirib ki, autzimlə bağlı ideya ilk onun özündən gəlib.
"Kiçik oğlum autzim sindromludur. Problemi yaşayan bir şəxs kimi bu işə təşəbbüs göstərdim. Düşündüm ki, bu xəstəlikdən əziyyət çəkən milyonlarla insana mənəvi dəstək vermiş olaram."
"Uğur böcəyi" filminin baş qəhrəmanı balaca Fatimə, öz rolu ilə autizmə xas davranışları maksimum əks etdirə bilib. Görünür bu da, amerikalı film mütəxəssislərin diqqətini cəlb edib.
Filmin rejissorları Elçin Ağazadə, Elmar Bayramov, operatoru Tərlan Xaqverdiev, icraçı prodüseri Anar Yəhyadır.
Rolları Fatimə Əliyeva, Ülviyyə Rza və Kənan Əsgərzadə ifa edib.
Qeyd edək ki, film "Exo media" tərəfindən ərsəyə gətirilib.
Xatırladaq ki, Elçin Ağazadə buna qədər bir çox milli mənəvi dəyərlərlə bağlı kliplərin və sənədli filmlərin rejissoru olub.
Onun çəkdiyi "Cənnət ətri", "Səngərdə azan", "Zamana sığmayan Nəsimi" "Klassik ədəbiyyatımızda İmam Hüseyn" və s. işləri izləyicilər tərəfindən rəğbət qazanıb.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO


















