Bakıda sərt karantinin ikinci gecəsi - VİDEO

Kimi işə tələsir, kimi sevdikləri, dostları ilə görüşə... Bəziləri də sadəcə, şəhər mərkəzində olan kafe və restoranlarda vaxt keçirmək üçün buradan istifadə edirlər.
Hər gün səhər-axşam minlərlə insan metronun “28 May” stansiyasından istifadə edir.
Lakin iyunun 14-ü gecəyarıdan etibarən bir neçə rayon və şəhər kimi - paytaxt Bakı da səssizliyə bürünüb. Qədim Bakı yorğunluqdan sanki gecə-gündüz “yatır”.
Nazirlər Kabineti yanında operativ qərargah ölkədə koronavirusa yoluxma sayı artdığına görə, iki günlük sərt karantin rejimi tətbiq edib. İnsanların xüsusi hallar olmadığı təqdirdə evdən çölə çıxmalarına qadağa qoyulub.
Günün istənilən vaxtında sakinlərin Səməd Vurğun adına parkda istirahət etdiyini görə bilərik. Sərt karantin rejimi müddətində isə burada yalnız qoyulan qaydalara nəzarət edən polis əməkdaşlarını və tənha qalmış şairin heykəlini görürük.
Ziya Bünyadov prospekti, Dərnəgül ərazisi də pik saatlarda uzun tıxaclara şahidlik edirdisə, indi bu ərazi də boş qalıb. Eynilə Heydər Əliyev və Neftçilər prospektləri kimi...
Xatırladaq ki, iyunun 14-ü saat 00:00-dan etibarən 16 iyun saat 06:00-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərləri, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarında sərt karantin rejimi tətbiq olunur və vətəndaşların küçəyə çıxması qadağan edilib.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












