Başqalarına verilməsi mümkün olmayan 10 əşya

Yəqin sizin də evdə artıq əşyalarınız var, hansı ki, atmağa heyfiniz gəlir. Siz o əşyaları ehtiyacı olan tanışınıza və ya qohumunuza verirsiniz. Burada pis heç nə yoxdur, əksinə siz xeyixah bir iş görürsünüz. Amma 10 əşya vardır ki, onları heç kimə vermək olmaz. Çünki həmin əşyaları verməklə siz, nəinki həmin adama yaxşılıq edirsiniz, hətta ona ziyanınız da toxuna bilər. Siz ona elə xəstəlikləri yoluxdura bilərsiniz ki, onun sağalması uzun illər vaxt apara bilər. Bəs bu əşyalar hansılardır?
1. Diş şotkası - Sizin diş şotkanız sizin üçün zərərli sayılmaya bilər, amma o başqasını ağız boşluğuna stafiokokk və ya başqa infeksiyaların düşməsinə cəbəb olar. Çünki diş yuyulduqdan sonra şotkanın yuyulmasına baxmayaraq onda bir çox bakteriyalar inkişaf edir. Siz öz orqanizminizdəki infeksiyaları başqasına ötürə biərsiniz.
2. Əl-üz dəsmalı - Vanna otağından asılan dəsmalda çoxlu miqdarda bakteriyalar, göbələklər və mikroblar olur. Bunun səbəbi əlinizi sildikdən sonra dəsmalın nəm yerdə qalmasıdır.
3. Dodaq pomadası - Pomada sizdə olan xəstəlikləri asanlıqla başqasına yoluxdura bilər. Əgər sizdə herpes virusu varsa, o az bir zamanda pomadanızı verdiyiniz adama yoluxa bilər.
4. Diş pastası - Diş pastası, diş şotkası qədər təhlükəli deyil, amma əgər pastanı sıxan zaman tubikin ağzı şotkaya dəyibsə, onda mikroblar barədə düşünməyə dəyər.
5. Dezodorant - Qoltuq altına sürtdüyünüz antiperesperantınız qoltuğunuzun altındakı mikrobları asanlıqla başqasına daşıya bilər. Diyircəkli dezodorantlar qolun altını tərləməyə qoymasa da, mikrobları özündə saxlamaq qabiliyyətinə malikdir.
6. Pinset - pinset sizin tük diblərinizdə olan infeksion xəstəlikləri başqasına keçirə bilər. Düzdür, bu nadir hallarda baş verir, amma mümkün ola bilər.
7. Ülgüc - Ülgücdən istifadə zamanı üzdəki tüklərlə birgə ölmüş dəri toxumaları da təmizlənir. Əgər sizdə hepatit və ya İİV varsa o digərinə asanlıqla yoluxa bilər.
8. Dırnaqtutan - Dırnaqlarda göbələk xəstəliyi varsa, rahatca digər istifadəçiyə keçir.
9. Sabun - Sabun vasitəsilə əldəki virus və göbələk xəstəliklərinin digər istifadəçiyə keçməsi mümkündür.
10. Qulaqcıqlar - musiqiyə qulaq asmaq üçün istifadə etdiyiniz qulaqcıqları başqasına verməyin. Siz bununla stafilokokk, streptokokk və göbələk infeksiyalarının yayılmasına səbəb olursunuz.
Cəmi bir ədəd istehsal olunan bu avtomobil 2 milyon manatdan baha satıldı - FOTO
Beynəlxalq təşkilat uçuşların təhlükəsizliyi ilə bağlı xəbərdarlıq etdi
“Türk Dövlətləri Təşkilatının özünə aid himni olmalıdır” – Rəşad Məcid - VİDEO
Rusiyada xarici təyyarələrlə bağlı daha bir QADAĞA
Svetoforların düzgün idarə olunması tıxacları azalda bilər – ARAŞDIRMA
“Apple CarPlay” və “Android Auto” niyə avtomobillərdən çıxarılır? – Səbəbi AÇIQLANDI
“Lexus” sürəndə hörmət qoyanlar “Changan”da adamı bezdirirlər – Nazilə Səfərli - VİDEO
Daha bir marka tarixə qovuşa bilər
“Rettungsgasse” bizdə də ola bilərmi? - VİDEO
ABŞ-də bu avtomobillər 85 qəpikdən hərraca çıxarıldı – MARAQLI
Yollarda səs-küyün qarşısını belə almaq olar – TƏKLİF










