Belçikada 27 nəfər hələ də Hitler təqaüdü alır

Belçikanın 27 vətəndaşı Almaniyadan 1941-ci ildə hələ nasist lideri Adolf Hitler tərəfindən təyin olunmuş təqaüd ödənişlərini almaqdadır. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu barədə "De Morgen" nəşri yazıb. Bildirilir ki, bu pensiya faşist Almaniyası tərəfindən "loyallıq, sadiqlik və itaət"ə görə təyin edilib. Nəşrin yazdığına görə, 1949-cu ildən sonra Almaniya Federativ Respublikası Böyük Vətən müharibəsində məğlub olmuş dövlətin hüquqi varisi olaraq, beynəlxalq hüquq çərçivəsində təqaüd də daxil olmaqla, III Reyxin bütün öhdəliklərini öz üzərinə götürüb və bu səbəbdən də pul köçürmələrini davam etdirib. Məlumatda qeyd olunur ki, təqaüdü alanların hamısı faşist Almaniyası tərəfindən döyüşmüş insanlar və ya onların davamçılarıdırlar. Bu ödəniş barədə məlumat əldə etmək yalnız Avropa Birliyinin qüvvəyə minmiş qərarından sonra mümkün olub. Bu qərar Birliyin üzv ölkələri üzərinə dövlətlərarası pensiya hesablamaları barədə məlumat mübadiləsi aparmaq öhdəliyi qoyub. Bildirilir ki, indi bir qrup Belçika parlamentarisi diplomatik yolla bu məsələni yoluna qoymaq niyyətindədir.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












