Belə də inadkarlıq olar? – VİDEO

Keniyada yaşlı bir qadının inadkarlığı ortaya qəribə mənzərə çıxarıb. Avtosfer.az atvxəbər-ə istinadən məlumat verir ki, şəhər bələdiyyəsi, iqtisadiyyatı o qədər də güclü olmayan ölkədə pul toplayıb, səliqəli yol çəkmək qərarına gəlib. Yolun demək olar ki, böyük hissəsi çəkilib. Yekunlaşdırmağa yaxınlaşanda işçilər bir mənzilin yolun ortasında qalacağını anlayıb. İndi əlaqədar qurumlar nə qədər çalışsa da, ev yiyəsi ona təklif olunan pulun müqabilində evinin sökülməsinə icazə vermir. Nəticədə magistral yol, onun çəpərinin altından keçir. Əslində yol istismar idarəsinin işçiləri yeni asphalt örtüyün çəkilməsinə ötən ildən başlayıb. Heç bir problem olmadan səliqəli şəkildə yolu çəkən işçilər , yolun düz ortasında bir evin qaldığını görəndə işi dayandırıb. Bələdiyyə idarəsi hər nə qədər evin sahibəsinə xahiş etsə də, hətta evin müqabilində pul vəd etsə də, keniyalı ev sahibi inadından əl çəkməyib. İndi rəsmi qurumlar şəhərdə nəqliyyatın hərəkətini asanlaşdıracağı gözlənilən avtomobil yolunun nə vaxt təhvil veriləcəyini də bilmir. İrəli sürülən bütün təkliflərə rədd cavabı verən ev sahibi, mənzilin sökülməsi müqabilində elə məbləğ tələb edir ki, az qala yolu başqa yerdən çəkmək ondan daha sərfəli olur. İkinci dəfə xərcə düşmək istəməyən bələdiyyə iradəsi isə bu qadının daşı ətəyindən nə vaxt tökəcəyini gözləyir. Sürücülər isə ev sahibi ilə rəsmi qurumlar arasındakı bu anlaşmazlıqdan heç də məmnun deyil.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












