Benksinin bəzədiyi yük maşınını hərraca çıxarırlar

Bonhams hərrac evi sentyabrın 14-də Çiçester şəhərində Britaniyanın məşhur strit-art rəssamı Benksinin rənglədiyi yük maşınını satışa çıxaracaq.
Avtosfer.Az Sputnik Azərbaycan-a istinadən bildirir ki, bu barədə hərrac evinin saytında məlumat verilib. İlkin qiymətləndirmə 1,3-2 milyon dollardır.
Bildirilir ki, Turbo Zone Truck (Laugh Now But One Day We'll Be in Charge) adlandırılan Volvo FL6 avtomobili "Benksinin indiyədək yaratdığı ən böyük əsərdir". Hərracın məlumatına görə, rəssam onu 2000-ci ildə çəkib. Yük maşınının 80 kvadrat metri şəkillə örtülüb. Lotun başlanğıc qiyməti, hərracın qeyd etdiyi kimi, "işin dəyərini əks etdirir". Yük maşınına Benksinin müəllifliyini təsdiqləyən orqan - Pest Control-un ("Ziyanvericilərlə mübarizə") sertifikatı verilib.
Benksi (Banksy) - çoxları üçün tapmacadır. Bu rəssam eyni anda həm təxribatçı, həm də zaraftcıldır. O, küçə sənəti barədə düşüncələri dəyişən şəxsdir. Onun siyasətə, müharibələrə, kapitalizmə qarşı ironik və düşündürücü əsərləri hər zaman jurnalistlərin, fotoqrafların, vandalların, incəsənət tənqidçilərinin və kolleksiyaçıların hədəfindədir. Benksinin işləri dəfələrlə altırəqəmli qiymətə satılıb.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












