Bir bitə görə minlərlə dollar ziyana düşdü - VİDEO

Bitə görə yorğan yandırmaq məsəli ABŞ-da gerçək oldu. Nyu Yorkda avtomobilin oturacağı üzərində bitin gəzişdiyini görən Skot Kemeri adlı sakin, biti öldürməyə çalışarkən minlərlə dollar ziyana düşüb. Amerikalının verdiyi qərar nəticəsində onun avtomobili yolun ortasında alovlara qərq olub. Skot avtomobildəki həşəratları məhv etmək üçün bitlərin üstünə külli miqdarda spirt töküb. Çox keçmədən ürəyi siqaret istəyən amerikalı, alışqanı yandırar yandırmaz bitlərlə yanaşı özünə və avtomobilə də od vurub. Yolun ortasında yanmağa başlayan avtomobil nəqliyyatın hərəkətini iflic edib. Maşın insanların gözü qarşısında yanaraq tanınmaz hala düşüb.
Avtomobildəki yanğın Skot Kemerinin də həyatını təhlükəyə atıb. Birinci və ikinci dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılan səhlənkar sürücünün həyati təhlükəsinin olmadığı bildirilir. Onun səbəb olduğu yanğın yaxınlıqdakı daha iki avtomobilə də ziyan vurub.
Yeri gəlmişkən, amerikalıların diqqətini yolun ortasında baş verən qəribə hadisə ilə yanaşı, son vaxtlar Nyu Yorkda bit-birənin artmasıdır.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












