Bir həftədə doqquz dəfə evlərində yanğın oldu - VİDEO

Türkiyənin Kırıkkale şəhərində qeyri-adi hadisə sakinləri qorxudub.
Belə ki, Çerikli qəsəbəsində birmərtəbəli evdə, son bir həftə ərzində doqquz dəfə səbəbi bilinməyən yanğın baş verib.
Bu barədə “Haber Global” xəbər yayıb.
Kılınçkaya ailəsi yanğınların səbəbini tapmaq üçün jandarmadan dəstək istəyib.
Remzi Kılınçkaya bu hadisə ilk dəfə baş verərkən elektrikləri çağırdıqlarını bildirib. Lakin onlar elektrik naqilləri ilə bağlı olduğunu qətiliklə rədd ediblər.
“Yəni bu fövqəltəbi bir fenomendir. Xahişim budur; Türkiyədə belə bir şey kiminsə başına gəlibsə, bizlərə yardımçı olsun. Nə etdilər, necə etdilər? Bu gün bura yandı. 9 dəfə yanğın olub! Bütün otaqlar yanıb”, - deyə o bildirib.
Ev sahibinin yaxın qohumunun sözlərinə görə, evin hər yerini dəqiqliklə araşdırıblar:
“Bunun necə baş verdiyini anlamırıq. Bu insanlar tərəfindən, müəyyən bir düşmən tərəfindən törədilən, yaxud qısaqapanma ilə bağlı olan hadisə deyil. Qətiyyən. Dünən gəldim, yenidən yanğın çıxdı. Buna özüm şahid oldum. Damdan duman çıxırdı. Bu dəfə içəri girdik, hamam dəsmalları yandı. Öz gözlərimlə gördüm”, - deyə o bildirib.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












