"Bir sual, bir cavab" - Sürücülük vəsiqəsinin vaxtı bitənləri nə gözləyir?

Lent.az -ın “Bir sual, bir cavab” rubrikasının növbəti mövzusu sürücülük vəsiqələrinin etibarlılıq müddəti ilə bağlıdır.
Azərbaycanda karantin rejiminin yumşaldılması ilə əlaqədar sürücülük vəsiqəsinin etibarlılıq müddəti üçün nəzərdə tutulan güzəşt mayın 31-də bitir. Baş Dövlət Yol Polisi bu barədə sürücülərə xəbərdarlıq edərək, "Asan Xidmət" mərkəzlərində və ya digər aidiyyatı dövlət orqanlarında vəsiqələrin dəyişdirilməsini tövsiyə edib. Görəsən, sürücülük vəsiqəsinin etibarlılıq müddəti bitən şəxslər barədə hansı tədbirlər nəzərdə tutulub?
Avtomobil eksperti Elməddin Muradlı Lent.az -a bildirib ki, sürücülük hüququ olmadan avtomobil idarə edənlər 100 manat cərimələnəcək:

“İkinci və növbəti dəfələrdə eyni əməl təkrarlansa, cərimənin miqdarı 200 manat olacaq. Əgər heç bir qəza törətməsə, sadəcə etibarlılıq müddəti bitən vəsiqə ilə idarə etsə, bundan artıq inzibati cəza yoxdur. Ancaq qəza törətsə, ağırlaşdırıcı hal kimi qiymətləndirilir. Məsələn, sürücülük hüququ ilə piyadaya yüngül xəsarət yetirsə, müəyyən miqdarda cərimə tətbiq olunarsa, sürücülük hüququ olmayan şəxs barədə həbs nəzərdə tutulur. Hətta heç bir qəza törətməsə belə, sərxoş halda avtomobil idarə edən şəxsin sürücülük hüququ yoxdursa, o həbs olunur. Xətalara yanaşma fərqlidir. Əksər hallarda hüquqsuz olaraq maşın sürənlər qəza törətsə, həbslə nəticələnir və cinayət işi açılır”.
Qeyd edək ki, karantin dövründə texniki baxış, sürücülük vəsiqələrinin dəyişdirilməsi, avtomobillərin addan-ada keçirilməsi, etibarnamə müddəti, hətta sığortaya qədər bir sıra məsələlər DYP tərəfindən nəzərə alındı. Qurum həmin güzəştlərə görə cərimə yazılmayacağını bildirmişdi
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












