BNA rəsmisi Aybəniz Haşımovanın yalanını ÜZƏ ÇIXARDI - VİDEO

BNA-nın mətbuat katibi Mais Ağayev İTV-də yayımlanan “ 3D” verilişinin qonağı olub. Ölkə.az xəbər verir ki, M. Ağayev bəzi problemlərə aydınlıq gətirib, həmçinin əməkdar artist Aybəniz Haşımovanın BNA haqqında yazdığı statusa cavab verib:
“Əməkdar artist Aybəniz Haşımova səhər saat 7-8 arası bir status paylaşmışdı ki, BNA bizim insanlara həyətlərində belə maşın saxlamağa imkan vermir. Dərhal xanım müğənnimizlə əlaqə saxladım və avtomobilinin dövlət qeydiyyat nişanını istədim. Əməkdar artist avtomobilin nömrəsini verdi, sağ olsun. Baxdım ki, düz 4 yerdə qayda pozub. Sual verdim ki, bu ünvanların hansında yaşayırsınız? Heç birində. Biri restoranın qarşısıdı, biri gözəllik salonunun qarşısı, digəri isə ticarət mərkəzinin. Yəni bu gün mən restorana və ya başqa yerə gedirəmsə, mənim ora getməyimə görə ictimai nəqliyyatdan istifadə edənlər əziyyət çəkməməlidir ”.
Bundan başqa o, sənət adamlarının sadə insanlara nümunə olması məsələsinə də toxunub.
“Əslində, sənət adamları adi insanlara nümunə olmalıdırlar. Yoxsa mənim avtomobilim cərimə olunub, durum BNA-nı tənqid edim, sonra səhvimi anlayıb o statusu silim, bu, nümunə deyil.”
Qeyd edək ki, bir müddət öncə əməkdar artist BNA haqqında tənqidi status paylaşmışdı.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












