Sükan arxasında yatırsınızsa, bunlara DİQQƏT EDİN

Sükan arxasında yorğunluğun əlamətləri açıqlanıb.
Avtosfer.az-ın "RİA Novosti"-yə istinadən məlumatına görə, "Sükan arxasında" jurnalının eksperti İlya Pimenov qeyd edib ki, sürücü kabinədəki normal temperatura baxmayaraq narahatlıq, istilik və ya soyuqluq hiss edərsə, buna xüsusi diqqət yetirməlidir.
Onun sözlərinə görə, başqa bir əlamət isə sürücünün həmsöhbətinin ona nə dediyini dərhal anlamamasıdır:
"Yorğunluğun xüsusi əlamətlərindən biri də sürücünün tez-tez yolda olan əyilmələri qaçırması və kəsişən yollardan çıxan avtomobillərə əhəmiyyət verməməsidir. Bundan əlavə, sürücü görmə qabiliyyətinin zəiflədiyini hiss edə, yol nişanlarını və avtomobil nömrələrini çətinliklə oxuya bilər. Həmçinin daimi yatma istəyi ola bilər. Buna "mikro yuxu" deyilir. Onun əsas əlaməti yaddaş itkisidir. Məsələn, qarşınızda yanacaqdoldurma məntəqəsi gördünüzsə və sonra ordan necə keçdiyinizə təəccüblənirsinizsə, deməli, yuxulu olmusunuz.
Belə halda dərhal avtomobili saxlayın və istirahət edin".(publika.az)
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












