"Bu cür təklif mənə gələndə təəcübləndim" - "Bakı Gözəli-2016"-nın qalibi Sevinc Məmmədova - FOTOLAR

“Bakı Gözəli-2016”-nın qalibi Sevinc Məmmədovanın Azmedia.Az-a müsahibəsi
- Model sahəsində öz fəallığı ilə seçilən Sevinc Məmmədova niyə üç ilə yaxın gözlərdən uzaq oldu?
Özünüz də bildirdiyiniz kimi mən öncəki illərdə çox aktiv olmuşam, ancaq doğrudur ki, son üç ildə mən tamamilə bu sahədən uzaqlaşdım. Səbəb isə həm şəxsi həyatımla bağlı idi, həm də mən iş xanımı olaraq fəaliyyət göstərirdim. Yenə də öz biznes fəaliyyətimi davam etdirəcəm. Modellik məndə hər zaman əlavə hobbi kimi olub və yarışmada qalib olduqdan sonra düşündüm ki, bir az modelliyə ara verim, ancaq görünür çox ara vermişəm ki, darıxmısınız mənim üçün. (gülür) Ona görə də yenidən model olaraq fəaliyyət göstərəcəm.
- Model olaraq davam edecəksiniz yoxsa yenidən biznes ledi olaraq işlərinizə davam edəcəksiniz?
Xeyir mən biznes sahəmi kənara qoymamışam, davam etdirirəm, ancaq modelliyi də davam etdirməyi düşünürəm. Onu deyim ki, mən bu yaxınlarda türkiyədən bir neçə təklif də aldım. Həm film üçün , həmdə orada reklam çəkilişləri üçün məni Türkiyəyə dəvət etdilər ki, onlarla müqavilə bağlayaraq əməkdaşlıq edim. Düzün deyim ki, bu təklif mənə gələndə təəccübləndim. Sonra müqavilə şərtlərini mənə göndərdilər və hazırda mənim Bakıda əməkdaşlıq etdiyim şirkət və menecerim bu şərtləri incələyir, yaxın günlərdə biz də onlara öz şərtlərimizi və təkliflərimizi bildirəcəyik. Şərtlər hər iki tərəfi qane etsə onda müqavilə bağlanacaq.
- Qeyd etdiniz ki, əməkdaşlıq etdiyiniz şirkət var. Yəni sizin çəkilişlər ilə bağlı işlərinizi həmin şirkət görür?
Bəli əməkdaşlıq etdiyim şirkət var və mən həmin şirkət ilə müqavilə bağlamışam artıq, mənə işlərimi aparmağa menecer də ayırıblar, belə daha rahatdır. Çünki dünyanın hər yerində belədir, yalnız bizdə bütün işlərimizə özümüz qaçmağa üstünlük veririk,bu əksər hallarda yaxşı nəticə də vermir.
- Hal - hazırda aktiv olduğun hiss olunur. Nə işlər görürsən?
Bir neçə gözəllik yarışmalarına münsif olaraq dəvət olunuram, uyğun bildiyim həmin tədbirlərdə iştirak edirəm, fotosessiyalar elətdirirəm, idmanla məşğulam, fikirimcə model öz bədən ölçülərini qorumalıdır, aktrisalıqla bağlı kurslara getməyi düşünürəm, çünki aktrisa olmaq qərarını vermişəm. Əsas da qeyd etdiyim kimi, Türkiyədən gələn təklifləri incələyirik . Yaxın günlərdə möhtəşəm bir xəbər ilə hər kəsi təəccübləndirəcəm.
"BYD"dən maraqlı qərar: Bu cür qəza xərclərini şirkət qarşılayacaq
Bakı səmasında nadir görüntü - FOTO
İnsan ölərkən nə hiss edir? - Elmin hələ cavablandıra bilmədiyi sirr
Günlərin uzanmasının daha bir səbəbi - Yer fırlanma sürətini dəyişir
Avtomobil təkərləri niyə qara rəngdə istehsal olunur? – ARAŞDIRMA - VİDEO
Avtomobilinizi belə daha tez soyuda bilərsiniz – TÖVSİYƏ - FOTO
Müasir avtomobillərdə gizlilik şübhəsi; sürücülər izlənilir?
Bu ölkədə sürücülük təlimçiləri pedaqoji təhsilə cəlb olunacaq
Bakı küçəsində zombilər üçün svetoforlar - FOTOLAR
Bu ölkənin vətəndaşları üçün “ChatGPT Plus” pulsuz oldu
Rusiyaya getmək üçün daha bir prosedur tələb edilir – KİMƏ AİDDİR?
















