Bu həftəsonu növbəti Ay tutulması olacaq

Bu ilin üçüncü Ay tutulması hadisəsi iyulun 5-də baş verəcək. AMEA-nın Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından Avtosfer.az-a verilən məlumata görə, yarımkölgəli Ay tutulması hadisəsi saat 03:07-də başlayacaq və saat 05:52-də sona çatacaq.
Tutulmanın maksimumu saat 04:31-də müşahidə olunacaq. Bu təbiət hadisəsini Cənub/Qərbi Avropa, Afrikanın çox hissəsi, Şimali Amerikanın çox hissəsi, Cənubi Amerika, Sakit, Atlantik və Hind okeanı, Antarktidada müşahidə etmək mümkün olacaq. Tutulmanın maksimum fazasında Ay adi bədrlənmiş (dolu) Aydan bir az tünd görünəcək.
Ay tutulması Azərbaycanda müşahidə olunmayacaq.
Qeyd edək ki, 2020-ci ildə ümumilikdə 6 tutulma hadisəsi (2-si Günəş, 4-ü isə Ay) müşahidə olunacaq. Sonuncu dəfə bu sayda tutulma hadisəsi 2009-cu ildə baş verib.
Namiq Musayev
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












