Bu içki kişini qadına çevirir

Rusiyalı həkim Aleksey Kovalkov bildirib ki, pivənin müntəzəm istehlakı kişi orqanizmini dəyişir və onu qadın orqanizminə bənzətməyə başlayır. Pivənin tərkibində olan maddələr kişi orqanizmində testosteronun ifrazını azaldır və əksinə qadın hormonlarının (estrogenlər) ifrazını artırır. Məsələ burasındadır ki, kişi orqanizmində çox az miqdarda olsa da qadın hormonları sintez olunur və bu hormonlar kişinin sağlamlığında vacib rol oynayır. Məsələn, beyinin fəaliyyətinə, qanda şəkərin səviyyəsinə təsir edir, sümükləri daha möhkəm edir, prostat vəzi xəstəliklərindən və o cümlədən prostat vəzi xərçəngindən qoruyur. Lakin kişi orqanizmində qadın hormonlarının ifrazı artanda bu hormonal və digər pozulmalara səbəb olur. Yeri gəlmişkən qadın orqanizmində də az miqdarda əsas kişi hormonu olan testosteron sintez olunur. "Pivənin tərkibində fitoestrogenlər (hormonabənzər maddələr - red.) var. Onların təsirindən testosteronun səviyyəsi azalır, sonsuzluq, impotensiya inkişaf edə bilər. Bu səbəbdən bütün diyetoloqlar kişilərə qəti şəkildə pivə içməyi tövsiyə etmirlər", - Kovalkov bildirib.
Həmçinin həkim qeyd edib ki, burada pivənin miqdarı - bir və ya 10 butulka rol oynamır. Əsas təhlükə bu içkinin müntəzəm qəbulundadır. (medicina.az)
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












