Bu nömrələrdən edilən zəngləri dinləmək mümkün deyil - YENİ ŞİFRƏLƏMƏ

China Telecom telefon danışıqlarını üçüncü şəxsin dinləməsinin qarşısını alan kvant şifrəli danışıq xidmətini başladıb.
Avtosfer.az ted.az-a istinadən bildirir ki, hələ pilot mərhələdə olan xidmətin hərbi və dövlət qurumları kimi yüksək səviyyəli təhlükəsizlik tələb edən sahələrdə istifadəsi planlaşdırılır. Şirkət bunun simsiz rabitə sahəsində yeni mərhələ olacağını bildirib.
Qeyd edilib ki, Çinin Anhui əyalətini pilot bölgə olaraq seçən China Telecom prosesi xüsusi SIM kart və mobil tətbiqlə birlikdə kvant şifrələmə ilə həyata keçirəcək. Sözügedən xidmətdə 5G və süni zəka rol oynayacaq.
İstifadəçilər kvant şifrələnmiş telefon danışığı xidmətindən yararlanmaq üçün China Telecom mağazasına getməli və bu xidməti dəstəkləyən SİM kart almalıdırlar. Bundan sonra, "Quantum Safe Search" tətbiqi SİM kartın olduğu telefona yüklənməlidir.
Qeyd edək ki, China Telecom hələlik xidmətin qiyməti barədə heç bir məlumat paylaşmayıb.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












