Bu ölkənin nəqliyyatı sərnişinləri avtomatik tanıyacaq

Kontaktsız ödənişlər Sinqapur nəqliyyat administrasiyası tərəfindən gediş haqqının ödənilməsi üçün sistemin yaradılması təşəbbüsü çərçivəsində həyata keçirilən tədbirlərdən biridir. İKT.lent.az-ın "Payspacemagazine”yə istinadən xəbərinə görə, sistem sərnişinin nəqliyyata daxil olmasını və çıxmasını kart və ya digər ödəniş vasitəsini oxuyucu qurğuya yaxınlaşdırmadan avtomatik qeydə alacaq. “Texnologiya sərnişinlərin avtobus və ya qatarda ödəniş alətlərini aşkar edərək onları avtomatik qeydiyyatdan keçirə biləcək. Gediş haqqını ödəmək üçün sadəcə olaraq sərnişinin üzərində mobil telefonun olması tələb olunur. Bu halda “Be-In-Be-Out” sistemi sərnişinlərdən əlavə əməliyyat tələb etməyəcək. Hazırda mütəxəssislər ödəniş alətinin uzaq məsafədən aşkar edilməsi ilə əlaqədar məsələlərin həlli ilə məşğuldurlar”, - Sinqapur nəqliyyat nazirinin müavini Pan Kinq Konq bildirib. Nazir müavini qeyd edib ki, Nəqliyyat Nazirliyi hazırda sistemin məqsədəuyğunluğunun və onun müasir nəqliyyat vasitələrində tətbiqinin öyrənilməsini tam başa çatdırmayıb.
Mobil operatorların abunəçilərin hərəkəti barədə apardığı statistika sayəsində hökumət insanların ictimai nəqliyyatda, eləcə də əsas marşrutlar yaxınlığında velosipedlərlə hərəkəti haqqında məlumatlar əldə edib. Bu məlumatlar əsasında nəqliyyat sisteminin əməkdaşları sistemi asanlıqla tətbiq edə biləcəklər.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












