Bu yolda hər gün bir adam ölür – VİDEO

Maraqlı 6 Aprel 2015 13:00 Oxunub 3218
Bu yolda hər gün bir adam ölür – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Dünyanın ən qorxulu məkanları

Avtosfer.az atv.az-a istinadən xəbər verirk i, qorxulu yerdlərdən biri Braziliyadakı İlan adasıdır. Adada insanın dərisini əridə biləcək qədər güclü zəhəri olan ilanlar məskən salıb. Hətta burada 1  kvadratmetrə ən azı 1 ilan düşür. Bu şərtlər altında bir insan adada ən uzağı 2 gün sağ qala bilər. Bütün bunları nəzərə alan Braziliya hökuməti adaya girişi rəsmi surətdə qadağan edib.

Hindistandakı Şimali Sentinel adası. Adada müasir texnologiyadan və yaşam tərzindən xəbərsiz 200 insan yaşayır. Qara dərili bu qəbilə mənsublarının həyat tərzinin orijinallığını pozmamaq üçün Hindistan hökuməti rəsmi surətdə adaya girişi yasaqlayıb.

Çindəki Qin Şi Huanq türbəsi – Bir birindən fərqli üzə malik minlərcə daşdan əsgər aşkarlanmış bu türbəyə giriş yasaqdır. Hətta araşdırmaçılar belə uzun müddətli prosedurlardan sonra bu əraziyə girmək üçün icazə ala bilirlər.

Avstraliyadakı Pine Gap stansiyası – Nəinki içərisinə girmək, hətta üzərindən uçmaq belə qadağan olunan bu stansiya Amerika Birləşmiş Ştatlarına malikdir və gizli kəşfiyyat məlumatlarıni toplamağa xidmət edir.

Sirli olayların yaşandığı Şimali Koreyada isə hökümətin xüsusi bölümünün oturduğu büro 39-a icazəsiz daxil olan şəxs öldürülür. Bu cəza onun ailəsinə də tətbiq edilir.

Amerika Birləşmiş Ştatlarındakı Mount Weather şəhərciyi. Fövqəladə hallarda mühüm şəxslərin, hökumət nümayəndələrinin qorunub saxlanılması üçün hazırlanan yeraltı şəhərciyin bir neçə metrliyinə belə yaxın düşmək mümkün deyil

Norveçdəki qiyamət anbarı. Nuhun gəmisini xatırladan bu yer hər hansı bir fəlakət zamanı canlı aləmi qorumaq üçündür. Hər növ canlıdan bir cütünün saxlandığı anbara heç quş da qanad sala bilmir.

Efiopiyadakı Danakil Çökəkliyi. Bura Yer üzündəki cəhənnəm də deyirlər. Bu əraziyə heç vaxt yağış yağmır. Dəniz səviyyəsindən aşağıda yerləşən bu yerdə torpaq səthinin hərarəti müsbət 50 dərəcəyə çatır. Torpağın sarı yaşılımtıl rəngi isə zəhər effekti verməklə itələyici bir görüntüyə malikdir. Əraziyə giriş rəsmən qadağan edilməsə də heç kəs könüllü olaraq yolunu bu çökəklikdən salmır.

Yunqas Yolu. Boliviyada 3500 metr yüksəklikdə yerləşən bu yolun ətrafında heç bir baryer yoxdur. Gün ərzində ən az bir nəfərin öldüyü bu yolda iki addımdan bir, dünyasını dəyişənlərin xatirəsinə qoyulan xaç işarələri gözə dəyməkdədir. Hökümət bu əraziyə də girişi məhdudlaşdırmaq məcburiyyətində qalıb.

Kamerundakı Nyos gölü. Sönmüş bir vulkan kraterində əmələ gələn gölün altında hələ də Karbon Dioksid maqma var. Göldə arada bir baş verən partlamalar nəticəsində 25 kilometrədək ərazidə canlı nə varsa hamısı havasızlıqdan boğulur. 1986-cı ildəki belə bir partlayış nəticəsində 1700 insan 3500-ə yaxın heyvan havasızlığın qurbanı olmuşdu.

Nəhayət, Amerika Birləşmiş Ştatlarındakı Yellowstone parkındakı sönmüş vulkan. Bəziləri qiyamətin məhz bu vulkanla başlayacağına inanır.  Vulkanın 600 min ildən bir oyandığı deyilir. Partladığı zaman milyonlarca toz və vulkan tullantısı atmosferin alt təbəqəsini ötməklə vulkanik qışa start verə və bütün canlıları yox edə bilər. Vulkanın sonuncu dəfə 640 min il əvvəl partladığı hesablanıb.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh