Bütün gecə axtarılan dörd yaşlı qız maşında donmuş halda tapılıb - FOTO

Rusiyanın Novosibirsk şəhərində dörd yaşlı qız atasının sükan arxasında huşunu itirməsindən sonra təhlükəli vəziyyətdə qalıb.
Bu barədə “ÇS info” xəbər yayıb.
Məlumata görə, ananın davamlı zənglərindən sonra uşaq videozəngə cavab verə bilib. O, soyuqdan bərk üşüdüyünü deyib və harada olduğunu göstərib. Videoda ana çoxmərtəbəli binanı görə bilib. Binanın fasadında əllə çəkilmiş delfin, çeburaşka və begemot şəkilləri olub. Ana həmçinin küçədən keçənlərin uşağın səsinə hay vermədiyini də görüb. Bundan sonra telefonunun enerjisi bitdiyi üçün sönüb.
Ana dərhal sosial şəbəkədə elan verib. Könüllülər axtarışa başlayıblar. Binanın əlamətləri sayəsində uşaq elə həmin günü tapılıb. O, maşında soyuqdan donmuş vəziyyətdə oturubmuş, atası isə hələ də özünə gəlməmişdi.
Uşağa dərhal kömək göstərilib. Hazırda onun vəziyyətinin yaxşı olduğu bildirilir.
Hüquq mühafizə orqanlarından bildirilib ki, 37 yaşlı kişi narkotik istifadəsinə görə huşunu itiribmiş.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












