Continental özüdolan "ağıllı" şinləri icad edib - FOTO

Təkərlər avtomobilin demək olar ki, ən vacib elementlərindən biridir. Onlar nəinki avtomobilin zəminlə ilişməsini, sərnişinlərin rahatlığını, eyni zamanda yanacaq qənaətçilliyini də təmin edir. Əgər avtomobilinizin "iştahı" açılıbdırsa, ilk növbədə şinlərdəki təzyiqi yoxlamaq lazımdır. Şin istehsalçıları dünyada olan avtomobillərin dörddə birinin şinlərdə düzgün olmayan təzyiqlə hərəkət etdiyini bildirir. Təzyiqin azalması isə, yanacaq sərfiyyatını ən azından 3% artırır. Müvafiq olaraq, ekologiya da ziyan görmüş olur.
Avtosfer.Az autograph.az-a istinadən bildirir ki, məhz buna görə də, Continental şirkəti "rəqəmsal" şinləri işləyib-hazırlayıb. Yeni şinlər nəinki öz təzyiqlərinə nəzarət etmək qabiliyyətinə, həmçinin gərək olduqda özünü doldurmaq funksiyasına da malikdirlər. Şinlərin konstruksiyasında təzyiqi real vaxt rejimində tənzimləyən mərkəzdənqaçma nasosu nəzərdə tutulmuşdur. Continental şirkəti belə texnologiyaların hərtərəfli tətbiq edilməsinin həm yanacaq sərfiyyatının, həm də atmosferə atılan karbon dioksidinin səviyyəsinin azalmasına xidmət edəcəyindən əmindir.
Bundan başqa, quraşdırılmış nasos sayəsində, gələcəkdə şin yolun vəziyyətindən asılı olaraq təzyiqi avtomatik şəkildə tənizmləyə bilər. Belə şinlər, məsələn, sportkar və ofrouderlər üçün gərəkli ola bilər. Beləliklə, ağıllı şinlər gələcəkdə adaptiv asqının ayrılmaz hissəsinə də çevrilə bilərlər. Bu,həmçinin adaptiv asqının imkanlarının artırılmasına da xidmət edə bilər.
Nəhayət, Continental şinlərə bir neçə əlavə parametrə də nəzarət etməyi "öyrədib". Məsələn, şinlər protektorun dərinliyini və özünün bütövlüyünü müəyyən edə bilər. Belə şin özünün böhranlı vəziyyəti barədə birbaşa avtomobilin sahibinə xəbər verə də bilər. Layihə CARE adlanır ki, bu abbreviatura Connected, Autonomous, Reliable, Electrified kimi açıqlanır. Şinlərin gələcək perspektivləri barədə heç bir məlumat verilməyib.
Gəl indi sən belə şinlərin gərəkliyi barədə bizimkilərə də. O dəqiqə, - "kasıbın belini qırmaq istəyirsən", - deyə ittiham edəcəklər səni.
Rusiyada yanacaq satışı ilə bağlı məlumatlar məxfiləşdirildi
Rusiyada bizim xeyrimizə olan PROSES
İlk svetofor işə salınanda hələ avtomobil yox idi - FOTOLAR
XX əsrdə Bakının cənub girişində Stalinin heykəli və “Zəfər tağları” niyə ucaldılmışdı? - TARİX
Dərnəgül yolunda maşını saxlayıb armud satdı - VİDEO
Bu avtomobilə yeni funksiya gəldi: Bunu etsəniz söyüş söyəcək
“Hacı pivəsi”nin orqanizmə görünməyən zərəri
Dünyanın ən böyük biznes sinif salonu bu təyyarədədir - FOTO
Güzgünün altındakı bu detalın əsl funksiyası nədir? – ARAŞDIRMA
Nəqliyyat və İnfrastruktur Komitəsi yaradılmalıdır – Ekspertdən TƏKLİF
Özünü maşın altına ataraq sürücünü şərləməyə çalışan piyadanı NƏ GÖZLƏYİR?















