Çoxuşaqlı ana sadə qaydaya əməl etməklə 45 kq arıqladı - FOTO

ABŞ-ın Luiziana ştatının Huma şəhər sakini sadə qaydaya əməl etməklə bir ilə 45 kq arıqlayıb. Belə ki, o, CICO üsulunu (aldığından daha çox kalori vermək) sınamaq qərarına gəlib, nəticələr isə heyrətamiz olub.
“Daily Mail”in məlumatına görə, 26 yaşlı üç uşaq anası Corciya Malbro 103 kq-a çatanda artıq vəziyyətin kritik həddə getdiyini anlayıb.
“Həyatda tarazlıq tapmalı olduğumu və analıqdan tam zövq almaq üçün sağlamlığımı qorumağın vacibliyini başa düşdüm”, - deyə qadın bildirib.
O, fərqli pəhrizləri sınasa da, hamısı eyni nəticəyə gətirib çıxarıb - itirilən kiloqramlar yenidən qayıdıb. Nəhayət, Malbro başqa üsul axtarmağa qərar verib: İnternetdə bədənin piyləri necə yandırdığı və maddələr mübadiləsinin necə işlədiyini öyrənib:
“Sadə bir həqiqət öyrəndim - arıqlamaq yeyilən və yandırılan kalorilərin nisbətindən asılıdır. Düşünürəm ki, arıqlamağın əsas qaydası budur”
Malbro maddələr mübadiləsini hesablamaq üçün düsturdan istifadə edərək, həftədə üç dəfə beş kilometr yerimə ilə arıqlaya biləcəyi gündəlik kalorini təyin edib, sonra isə gün ərzində yandırdığı kalorilərin sayını izləmək üçün fitnes-qolbaq alıb.
Nəticədə o, 13 ay ərzində 58 kiloqram arıqlayıb və sonrakı altı ay ərzində bu çəkini qoruya bilib. Hazırda o, idman salonuna həftədə altı dəfə baş çəkir və uğurlarını “Instagram” hesabında paylaşır.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












