Daha bir marka tarixə qovuşa bilər

2029-cu ildə SEAT avtomobillərinin istehsalı dayandırıla bilər.
Avtosfer.az xəbər verir ki, bu barədə İspaniyanın “Confidencial” portalı məlumat yayıb. Halbuki, İspaniya rəsmiləri ölkənin simvolu olan markanın nəyin bahasına olursa olsun həyatda axlamaq istəyirlər.
Nəşr yazır ki, ciddi restrukturizasiya aparan “Volkswagen” İspaniyada başqa bir markaya – 2018-ci ildə ortaya çıxmış “Cupra”-ya üstünlük verir və SEAT perspektivsiz hesab edilir.
İqtisadçıların fikrincə, ötən əsrin 50-ci illərindən istehsal edilən SEAT-a qlobal tələbat azalıb, avtomobil yalnız vətəndə maraq doğurur. Bunun əksinə, “Cupra” beynəlxalq səviyyədə tanınıb. Sözügedən markanın İspaniyada 2 zavodu fəaliyyət göstərir və bu müəssisələr “Volkswagen” konserninə gəlir gətirir.
Vüqar
Kanadada sürücülərin sürətini azaltmaq üçün yollara saxta çuxurlar çəkilir – FOTO
Qısa məsafələrdə bu mühərriklər daha çox xərc yaradır – ARAŞDIRMA
Yanacaq böhranına görə İsveçrədə sürət həddi aşağı salınır
Ən çox təyyarə istehsal edən ÖLKƏLƏR
Azərbaycanda bu sürücülərə avtomobil idarə etmək qadağan oluna bilər
Türkdilli ölkədə bütün rayonlar ləğv edilir
Yağışlı havalar sürücülərə hansı çətinlikləri yaradır? - SORĞU
Elektromobillər üçün enerji doldurma problemi necə həll oluna bilər? – TƏKLİF – VİDEO
Yeni təkərlərin üzərindəki sarı və qırmızı nöqtələr nə deməkdir? – ARAŞDIRMA
Trampın Netanyahuya dəstəyi seçkilərdə əks nəticə verə bilər – POLİTOLOQ
14 il sonra Serbiyada hakimiyyət dəyişdi: Tələbə hərəkatı dövləti necə idarə edəcək?












