Daimler AG daxili yanma mühərriklərinin yaradılmasına son verib

Daimler konserninin araşdırmalar şöbəsinin rəhbəri Markus Şafer, alman konserninin ənənəvi yanacaqla çalışan yeni mühərriklərin yaradılmasına son verdiyini bəyan edib. Beləliklə, M256 indeksli altısilindrli modul mühərrikləri ailəsi DYM xəttində sonuncu ola bilər.
Avtosfer.Az autograph.az-a istinadən bildirir ki, bununla belə, Şafer DYM-dən imtina edilməsi barədə son qərarın qəbul edilmədiyini bildirib. O, Daimler konserninin əsas diqqətini elektromotor, akkumulyator və hibridlərə yönəltdiyini söyləyib. Şafer həmçinin, güc qurğuları sahəsində tədqiqatlar və işləmələr üçün ayrılan büdcənin yüksək səviyyədə qaldığını qeyd edib.
Xatırladaq ki, Daimler konserni bir müddət bundan əvvəl, M256 sıralı altısilindrli aqreqatların yeni nəslini buraxmaqla, daxili yanma mühərriklər çeşidinin yenilənməsi prosesini başa vurub. Bu güc aqreqatı E-Class, yeni S-Class, həmçinin alman markasının bütün krossoverlərinin kapotu altında peyda olacaqdır. Adətən mühərriklərin həyat dövrü uzun olur. Məsələn, M276 ailəsindən olan V-şəkilli mühərriklər modernləşdirilmiş halda 2010-cu ildən istehsal edilir.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












