“Dəstək olaq” Xeyriyyə Təşkilatı aztəminatlı məktəblilərə müxtəlif məktəb ləvazimatları hədiyyə edib - FOTOLAR

Azərbaycanda demoqrafik inkişaf 1-ci sinfə qəbul olanların sayında da artımın baş verməsinə səbəb olub. Ölkəmizdə 15 sentyabr tarixi Bilik günu kimi qeyd olunur. Lakin sentyabr ayının 15-i bazar gününə təsadüf etdiyindən dərslər ayın 16-da, yəni bu gündən başlayıb.
Avtosfer.az xəbər verir ki, “Dəstək olaq” Uşaq və Gənclərin Xeyriyyə Təşkilatının kollektivi bir neçə gün öncə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Pensiya yaşına çatmış şəxslər üçün sosial müəssəsinin nəzdində yerləşən Pensia yaşına çatmamış kimsəsiz gənc əlilərin birinci sinifə gedən övladlarını sevindirib.
Hər zaman xeyirxah addımları ilə yadda qalan xeyriyyə təşkilatı kimsəsiz gənc əlillərə baş çəkərək birinci sinifə gedən uşaqlara Bakı Tikiş Evinə (BTE) məxsus məktəbli formaları, maarifləndirici kitabçalar, müxtəlif məktəb ləvazimatları hədiyyə edib. Sevinclərinə sevinc qatılan şagirdlər təşkilat nümayəndələrinə təşəkkür ediblər və bildiriblər ki, ilboyu dərslərini yaxşı oxuyacaqlar.
Xatırladaq ki, təşkilat bir Qurban bayramı münasibəti ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Pensiya yaşına çatmış şəxslər üçün sosial müəssəsinin nəzdində yerləşən Pensia yaşına çatmamış kimsəsiz gənc əliləri ərzaqla təmin edib.
P.S. Xeyirxahlıq səmimi-qəlbdən başqalarının rifahını düşünmək və bunu xoş sözdə və əməldə göstərmək deməkdir. Xeyirxahlıq sadəcə nəzakətli davranış deyil. Əsl xeyirxahlıq məhəbbət və şəfqət hissindən qaynaqlanır.
Gürcüstanda Avropa pasportu 1000 dollardır?
Bakıda təcili yardım sürücüsünün çətin anları belə GÖRÜNTÜLƏNDİ - VİDEO
"Chagaev"dən "Coca-Cola"ya zərbə: Zibil qutusuna ATDI – VİDEO
Ev alqı-satqısında alıcıları gözləyən əsas risk — AÇIQLAMA
Bədəninə dəmir girdi – helikopterə pul vermədi, 16 kilometr...
Sürücülər xüsusi proqramla aldadılıb
Yol bağlanmadan təmir mümkündür – İsveçrədən maraqlı həll - VİDEO
Rusiyada "BMW"nin xəbəri olmadan "BMW" istehsal edirlər
Mülki gəmilərə pulemyot quraşdırmaq təklif edilir
Şəkinin üçadlı küçəsi - FOTO
Azərbaycanda sürücülərdən fərqli addım: Yol istəmək üçün zəng etdilər - VİDEO

























