Donmuş göl üzərində qorxulu avtomobil yarışı – VİDEO

Çində avtomobil həvəskarları dünyanın ən təhlükəli yarışlarından birini keçirib. Avtosfer.az atv.az-a istinadən xəbər verir ki, ölkənin şimal-şərqindəki Dzilin vilayətində Çaqan gölünün donduğunu görən sürücülər maşınlarını buz üzərinə çıxararaq bir-birindən təhlükəli driftinq manevrləri gerçəkləşdirib.
Xoşbəxtlikdən gölün səthindəki buz təbəqəsi avtomobillərin ağırlığına davam gətirib. Maşınlar buzlu suya düşsəydi, sürücüləri ölümdən xilas etmək böyük ehtimalla mümkün olmayacaqdı. Ölüm təhlükəsinin bu qədər real olmasına baxmayaraq, ayaqlarını sürət pedalından çəkməyən çinlilər isə soyuq havada o ki var əylənib.
Onu da qeyd edək ki, Çaqan gölü həm də dünyanın, ən böyük balıq ovu mərasiminə səhnə olur. Belə ki, ölkənin dörd bir yanından gələn balıqçılar buz üzərində düşərgə salaraq, balıq ovlamağa çalışır. Müxtəlif alətlərlə buz təbəqəsini deşən çinlilərin yaxaladığı balıqlar, daha sonra hərraca çıxarılır. Yerlilərin inancına görə dekabr ayında Çaqan gölündə yaxalanan bir çox balıqlar, insanlara uğur və səadət bəxş edir. Bu baxımdan, bizlərə adi görünən balıqlar hərracda böyük məbləğə satılır.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












