Dünya təhlükədə - Buzlar əriyir

Tezliklə Qərbi Antarktidada yerləşən Payn-Aylend buzlağından Parisdən iki dəfə böyük olan aysberq parçalana bilər. Avtosfer.az “Sputnik Azərbaycan”a istinadən xəbər verir ki, artıq buzlağın səthində mütəmadi olaraq böyüyən iki iri çat əmələ gəlib.
Qeyd edək ki, buzlaqda yaranan çatlar 2019-cu ilin əvvəlində Avropa Kosmik Agentliyinin Sentinel-1 və Sentinel-2 peyklərindən istifadə edilərək müəyyən edilib. Artıq bu gün hər bir çat 20 kilometrə qədər böyüyüb.
Xatırladaq ki, son illər Payn-Aylenddən böyük ölçüdə buz kütlələri ayrılıb. 2018-ci ilin oktyabr ayında təqribən 300 kvadrat kilometrlik bir hissə buzlaqdan ayrılıb.
Bu buzlaq Qərbi Antarktika buz təbəqəsini Amundsen dənizi ilə birləşdirir. O, dünyada ən sürətli parçalanan buzlaqlardan biri kimi tanınır. NASA mütəxəssislərinin fikrincə, aysberqlərin meydana gəlməsi intensivləşib. Son tədqiqatlar buz kütləsini aşağıdan yuyan və əriməyə kömək edən isti cərəyanların olduğunu sübut edib.
Məlumata görə, Payn-Aylend buzlağı gündə 10 metr sürətlə hərəkət edir. Xatırladaq ki, 1992, 1995, 2001, 2007, 2011, 2013, 2015, 2017 və 2018-ci illərdə ondan böyük parçalar ayrılıb.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












