Dünya yol qəzasında yaddaşını itirən bu qız üçün birləşdi - FOTOLAR

ABŞ sakini qəza nəticəsində yaddaşını itirən həyat yoldaşı ilə bağlı maraqlı addım atıb. Aznews.az xarici KİV-lərə istinadən xəbər verir ki, Cerami Stamper toy təəssüratlarını unutduğu üçün həyat yoldaşı ilə yenidən toy etmək qərarına gəlib. Məlumata görə, kollec vaxtlarından görüşməyə başlayan cütlüyün toylarından 19 gün sonra Cesika (Ceraminin həyat yoldaşı) dəhşətli qəzaya düşüb. Uzun müddətli müalicədən sonra sağlamlığına qovuşan qadın yaddaşını itirib. O, toylarını belə xatırlaya bilmədiyini deyib.
Məlum olub ki, Castis toyları da daxil olmaqla, qəzadan əvvəlki son 5 həftəni xatırlaya bilmir. O, yaddaşını qaytarmaq üçün toy şəkillərinə baxsa da, bir nəticə hasil olmur. Həyat yoldaşının əziyyət çəkdiyini görən Cerami ona kömək etmək qərarına gəlib. Hazırda o, xanımını bu işgəncədən xilas etmək üçün yenidən toy etməyə hazırlaşır. “Onun keçmişdən heç olmasa bir parça xatırlamaq üçün səyləri hər dəfə mənim qəlbimi parçalayırdı. Və mən başa düşdüm ki, onun üçün bunu etməliyəm. Mən istəyirəm ki, o, həyatımızın ən özəl gününü yenidən yaşasın. Mən yenə toy etmək istəyirəm”.
Beləcə bu hekayə internetdə sürətlə yayılıb. Artıq toya yardım etmək istəyən insanlar da tapılıb: pulsuz fotosessiya xidməti, toy üçün tort bişirmək, təşkilatçılıqda kömək etmək istəyən insanların sayı sürətlə artıb.
Onu da qeyd edək ki, Cerami və Cesika ikinci toylarını bu il avqustun 1-də keçirtməyi planlaşdırırlar.
“Apple CarPlay” və “Android Auto” niyə avtomobillərdən çıxarılır? – Səbəbi AÇIQLANDI
“Lexus” sürəndə hörmət qoyanlar “Changan”da adamı bezdirirlər – Nazilə Səfərli - VİDEO
Daha bir marka tarixə qovuşa bilər
“Rettungsgasse” bizdə də ola bilərmi? - VİDEO
ABŞ-də bu avtomobillər 85 qəpikdən hərraca çıxarıldı – MARAQLI
Yollarda səs-küyün qarşısını belə almaq olar – TƏKLİF
Avtomatik maşınlarda bu düymənin nə işə yaradığını bilirsiniz? – ARAŞDIRMA
“Eşref Tek”in maşını Bakıya gətirildi: İstəyən şəkil çəkdirə bilər – VİDEO
Bu küçə piyadalaşdırılacaq: Evlərin qiyməti yüksələ bilər – EKSPERT – VİDEO
Gədəbəydə maraqlı toy karvanı - VİDEO
Bakıda retro maşınlarından ibarət toy korteji - VİDEO











