Dünyanı yeni buz dövrü təhlükəsi gözləyir

Antarktidada əriyən aysberqlər zəncirvari bir reaksiyaya səbəb ola bilər ki, bu da Yer kürəsini yeni buz dövrü ilə üz-üzə qoyacaq.
Bu barədə “Daily Mail” Kardiff Universitetinin tədqiqatçılarının məlumatlarına istinadən yazır.
Alimlər əriyən aysberqlərin tədricən təmiz suyun Atlantik okeanına axdığını qeyd edirlər. Bu proses dünya okeanının sirkulyasiyasında dəyişikliklərə səbəb olur ki, nəticədə dünyanı yeni bir iqlim soyuması təhlükəsi gözləyə bilər. Tədqiqatçılar müəyyən ediblər ki, aysberqlərin əriməsi ilə okeanların dövriyyəsi arasında əlaqə son 1,6 milyon il ərzində hər buz dövrünün başlanğıcında mövcud olub.
Bundan əvvəl elm adamları buzlaqların əriməsi və qlobal istiləşmənin digər fəsadlarının dünya okeanı səviyyəsinin tədricən artmasına gətirib çıxaracağı və nəticədə insan tərəfindən mənimsənilən sahil zolaqlarının su altında qalacağı təhlükəsi barədə xəbərdar ediblər. (Apa)
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












