Dünyanın 10 ən varlı ərəb biznesmeni - Siyahı

“Forbes” jurnalı 2021-ci ildə dünyanın 10 ən varlı ərəb biznesmenin adını açıqlayıb.
Siyahıya “Adidas” idman geyimləri və avadanlıqları istehsal edən şirkətin səhmlərinin payçısı, habelə ABŞ-ın Texas və Ayova ştatlarında fabriklərə sahib olan misirli biznesmen Nassif Saviris başçılıq edir. Onun 8,3 milyard dollar sərvəti var. Nassifin qardaşı Macuib Saviris 3,2 milyard dollar sərvətlə 4-cü yeri tutur.
İkinci ən varlı ərəb biznesmeni əlcəzairli İssad Rebrab (4,8 milyard dollar), üçüncü isə Birləşmiş Ərəb Əmirliklərinin iş adamı Məcid əl-Futtaimdir (3,6 milyard dollar). Siyahıda Qətər, Oman və Livan mənşəli biznesmenlər də yer alıb.
Qlobal miqyasda isə “Forbes” Ceff Bezosu dördüncü dəfə ard-arda dünyanın ən varlı adamı elan edib. Onun sərvəti 177 milyard dollara çatıb. Dünyanın ikinci ən varlı biznesmeni isə 151 milyard dollar sərvəti ilə İlon Mask olub. (Axar.az)
Milyonlarla avtomobil 6 avroluq xərcə görə geri ÇAĞRILDI
Kim dumanda daha yaxşı görür: Sürücü, radar, yoxsa lidar?
Ukraynanın hava hücumuna görə 5 ölkədə taksi xidməti iflic oldu
Yanacağa qənaət etmək üçün avtomobili hansı sürətlə idarə etməliyik? – ARAŞDIRMA
Rusiyada yanacaq satışı ilə bağlı məlumatlar məxfiləşdirildi
Rusiyada bizim xeyrimizə olan PROSES
İlk svetofor işə salınanda hələ avtomobil yox idi - FOTOLAR
XX əsrdə Bakının cənub girişində Stalinin heykəli və “Zəfər tağları” niyə ucaldılmışdı? - TARİX
Dərnəgül yolunda maşını saxlayıb armud satdı - VİDEO
Bu avtomobilə yeni funksiya gəldi: Bunu etsəniz söyüş söyəcək
“Hacı pivəsi”nin orqanizmə görünməyən zərəri












