Dünyanın ən balaca motosikletini hazırladı - VİDEO

Bu gənc şəhər küçələrini dünyanın ən kiçik motosikleti ilə gəzir. Hindistanlı Əfruz Şeyx özü qeyri-adi ixtirası ilə dünyanın diqqətini çəkib. Avtosfer.az atvxeber.az-a istinadən məlumat verir ki, avtomobil almaq üçün çox xərcə düşməyin yersiz olduğunu düşənən ixtiraçı özünə dünyada analoqu olmayan motosiklet düzəltməyə qərar verib. Kənardan baxanda Əfruz Şeyxin mindiyi bu motosiklet uşaq oyuncağına oxşayır. Yeri gəlmişkən, o bu motosikleti elə uşaq oyuncaqlarının hissələrindən düzəldib. Diqqət çəkən məqam isə batareya ilə hərəkətə gələn motosikletin yük götürmək qabiliyyətidir. Belə ki, çəkisi 80 kq-dan çox olmayan istənilən insan bu motosikletə minərək şəhər səyahətinə çıxa bilər. Hündürlüyü vur-tut 25 santimetr olan motosikletin çəkisi 5 kiloqrama yaxındır. Başqa sözlə desək, bu motosikleti həm də asanlıqla daşımaq mümkündür. Digər tərəfdən dünyanın ən kiçik motosikletinin qiyməti də o qədər çox deyil. Bu nəqliyyat vasitəsinə sahib olmaq istəyən hindlilər 80 manatından keçməlidir. Qeyd edək ki, bu Əfruz Şeyxin ixtira etdiyi yeganə qeyri-adi nəqliyyat vasitəsi deyil. O bundan əvvəl, eyni anda günəş enerjisi, su və yanacaqla işləyən və enerjiyə maksimum qənaet edən motosiklet düzəltmişdi.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












