Dünyanın ən böyük “zibil adası”nın sahəsi Fransanın ərazisinə bərabərdir

Dünya okeanında formalaşan ən böyük “zibil adası” sahəsinə görə Fransanın ərazisinə çatıb. Bu barədə Jak-İv Kustonun nəvəsi, tədqiqatçı Filipp Kusto və onun həyat yoldaşı Aşlan Brok məlumat yayıb. “Dünya okeanında beş böyük “zibil adası” mövcuddur. Onlar okean cərəyanlarının xüsusiyyətləri səbəbindən yaranıb... Ora bütün dünyadan plastik tullantılar toplanır. “Zibil adalarından” ən böyüyü Sakit okeandadır. O, sahəsinə görə ABŞ-ın Texas ştatından böyük, Fransa ərazisinə bərabərdir”, - deyə Aşlan Brok bildirib. Filipp Kusto “zibil adalarının” əsasən, çaylar vasitəsi ilə okeanlara tökülən plastik tullantılardan təşkil olunduğunu deyib.
Qeyd edək ki, Filipp Kusto tərəfindən əsası qoyulan “EarthEcho International” fondu bütün dünyada gəncləri çaylardakı plastik tullantıları təmizləməyə cəlb edir. (AZƏRTAC )
Milyonlarla avtomobil 6 avroluq xərcə görə geri ÇAĞRILDI
Kim dumanda daha yaxşı görür: Sürücü, radar, yoxsa lidar?
Ukraynanın hava hücumuna görə 5 ölkədə taksi xidməti iflic oldu
Yanacağa qənaət etmək üçün avtomobili hansı sürətlə idarə etməliyik? – ARAŞDIRMA
Rusiyada yanacaq satışı ilə bağlı məlumatlar məxfiləşdirildi
Rusiyada bizim xeyrimizə olan PROSES
İlk svetofor işə salınanda hələ avtomobil yox idi - FOTOLAR
XX əsrdə Bakının cənub girişində Stalinin heykəli və “Zəfər tağları” niyə ucaldılmışdı? - TARİX
Dərnəgül yolunda maşını saxlayıb armud satdı - VİDEO
Bu avtomobilə yeni funksiya gəldi: Bunu etsəniz söyüş söyəcək
“Hacı pivəsi”nin orqanizmə görünməyən zərəri












